Ermenistana 7 teyyare silah dasindi, bu 3 olke de komek etdi: ŞOK KADRLAR HD

16.08.2020
Bu 3 ölkə də Azərbaycana xəyanət etdi: Ermənstana 7 təyyarə silah daşındı - Türkiyənin Azərbaycanda hərbi bazası yaradıla bilər Son günlər çoxlarını maraqlandıran sual Rusiyanın Ermənistana verdiyi silahların nədən ibarət olması ilə bağlıdır. Videonu sona qədər və diqqətlə izləyin ki, heç kəsin bilmədiyi məlumatlardan xəbərdar olasınız. Videoya keçmədən əvvəl kanalıma abunə olun və bildirim zınqrovunu aktiv edin ki, biz sizlər üçün bu kimi xəbərləri daha çox hazırlayaq. Əslində hər şey Tovuzda Ermənistan ordusunun Azərbaycan mövqelərinə hücumu ilə başladı. Ermənilər bu istiqamətdə ağır zərbə alaraq geri çəkilməli olduqlarından illərdir vassalı olduqları Rusiyaya hər vəchlə başa salmağa çalışdılar ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil və onların təxribatları Kremlin dəstəyi olmadan baş tutmayacaq. Yəqin elə Rusiyaya vəziyyəti tam izah edə bildilər ki, nəticəsi də gecikmədi. Ermənistan Azərbaycan ərazilərini öz havadarlarının hərbi-siyasi dəstəyi ilə uzun illərdir işğal altında saxlayır: Beynəlxalq səviyyədə qəbul görmüş rəsmi istilahla desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri Rusiyadır. Və Rusiya Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Dünən belə olub, bu gün də belədir… və belə ola-ola, tərəflər arasında vasitəçilik institutunun həmsədri olmaqda davam edir… Bu, əlbəttə, təzaddır. Bu sözləri Rusiyanın Ermənistana silah verməsinə münasibət bildirərkən millət vəkili Qənirə Paşayeva deyib. Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilərək, bu günə qədər Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklər daşınıb. Beləliklə, iyul ayının 17-dən avqust ayının 4-dək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Çox təəssüflər ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Hər üç ölkə respublikamızla yaxın siyasi və iqtisadi münasibətlərdədir; Qazaxıstanla Türkmənistan qardaş ölkədir; İranda milyonlarla soydaşımız (öz dədə-baba torpqlarında) yaşayır… - bütün bunlara baxmayaraq, işğalçı Ermənistana Azərbaycana qarşı işlətməkçün silah-sursat daşınmasına etiraz etməyiblər… Əlbəttə, Gürcüstan kimi, adıkeçən dövlətlər də belə bir bəd əmələ icazə verməsəydilər, bu, həm beynəlxalq hüquq normalarına uyğun olardı, həm də, biz, qardaş və qonşuların dəyanətini görmüş olardıq.

Похожие видео

Показать еще