Buludlar - Nolub ala HD
söz: Baba Pünhan rəssam: Emil Moose Qatmısan sən gənə də malı mala, no..olub ala? Qazıyırsan ayağım altda çala, nolub ala? Bağı Aldun , öyü aldun ama doydum demdün Qoymadın heç mənə bir metrə qala, nolub ala? Neçə ildir ki, imarətlə ticarətdir işin, Getmisən sən qabağa, mən də dala, nolub ala? Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük, mülkü tikdün , məni saldun kanala , nolub ala? Gah atı, gah nalı, kah mıxı tərifləmisən, Vurmusan gah mıxa, gah nala, nolub ala? Dövri-zastoyda sən idin demə bar-bar bağıran, hər qoyundan azı beş-altı bala, nolub ala? Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə, Gətirirsən öyüvə kündə "xala", nolub ala? Ananas , kivi ,banan payladun yas sürfrəsinə, bircə şey qaldi,durub zurna çala nolub ala? Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən, Keçmisən indi cənubdan şimala, nolub ala? İçəri şəhrimizin hər daşı bir tarixdir, Çəkmisən tarixə importnu mala, nolub ala? İçəri Şəhəri yığdun torbuya ,atdun daluva, Saldun Əsgər Bəyi sən, haldan-Hala Nolub ala? Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin, Al onu, sal adına, qoyma qala, no.. .olub ala? Pünhanın kəs dilini, çək bazara , as duvara gedəcəy Yaxşı Pula , Baxsa mala , Nolub ala? Neçə ildir başıma turp əkilir, lək yerinə, Dəyişib indi zamar, turpu çıxart ək yerinə, Alınan borcları qaytarmağa ümmid azalıb, Bu səbəbdən, soracaqlar, bizi əmcək yerinə. Satılan əcnəbiyə, bir də qayıtmaz geriyə, Satılıb, çünki gözəl tavusu ördək yerinə. Pula bax, puldara bax, hökmü rəvan quldara bax, İki «şirvan»ə məni işlədir eşşək yerinə. Gecə, barlarda o ürkək maralın «qanı» axır, Nə edərsən, de, qızın olsa o ürkək yerinə? Qırılan bir ağaca, milli vəkil qeyzlənir, Söz güzarana gələndə, düşür əsnək yerinə. Qoca gördüm ki, kəfən aldı təqaüd puluna, Can çıxınca, səriməkçün onu köynək yerinə. Toxun, acdan xəbəri onda olar ki, bunu bil, Taxıla, gərçi bəsirət gözü eynək yerinə. Kimisi, öz itinə kolbasa, kotlet yedirir, Kimi gizlində jımıx çeynəyir, əppək yerinə. Hanı, ey milli vəkil, dil-dil ötən tuti dilin. Özünü qoymaginən bir belə pəltək yerinə. Bu elin müəllimi kimdir, bizə məlum eləmir, Yeridir xalqa krasvordları məslək yerinə. Sözünü ciddi deyən, «ciddi rejim»nən yaşayar, Zarafatcıl Babasan, get yaşa təlxək yerinə. Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım, Mən elin dərdini gizlin daşımaqçün yaşadım. Bir ürək dözmədi yüksəklərin alçaqlığına, Ona güc verdi xuda dözməli dağçün yaşadım. Gözümün qarəsi əşk ilə töküldü varağa, Varağım qarələnincə bu varağçün yaşadım. Gələcək nəslə həqiqətləri çatdırmaq üçün, Anadan olmayan onlarla uşaqçün yaşadım. İblisin son gününə xeyli marağım var idi, Allahın hökmü ilə böylə maraqçün yaşadım. Mən demişdim kişi yox, ölkə papaqnan doludur, Bu mənə yer elədi, bax bu papaqçün yaşadım. Pünhanın bağın alıb zorla keçirtdin adına, Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım. Gülümün eyləmisən Qarə bağın darmadağın, Nəğməkar bülbülümün şah budağın darmadağın. Qanı sülh ilə yumazlar, elə bir dövr gələr, İçdiyin qanla olar qan ça