Azan super

18.05.2018
Bismillahir Rəhmanir Rəhim... Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə.. 54.Azan 164.Allahın Peyğəmbəri(s):«Bilal! Dur, bizə namazla rahatlıq bəxş et.» (Kənzul-Ummal,hədis 20954) 165.Allahın Peyğəmbəri(s):«Şeytan namaza də‘vət səsini eşidəndə qaçar.» (Kənzul-Ummal, hədis 20951) 166.Allahın Peyğəmbəri(s):«Göyün əhli yer sakinlərindən azan səsindən başqa bir şey eşitmirlər.» (Kənzul-Ummal, hədis20934) 55.Müəzzin (Azançı) 167.Allahın Peyğəmbəri(s):«Müəzzinin günahları onun səsi çatan və gözü görən miqdarda bağışlanar. Və hər bir quru və yaş onu (sözlərini) təsdiqləyir və onun azanı ilə namaz qılanların sayı qədər onun üçün savab yazılır.» (Biharul-Ənvar, c.84, səh.104, hədis 2, əl-müqniə, səh.98) 168.İmam Əli (ə):«Azanı gərək sizin ən fəsahətliniz desin və pişnamazlığı dini məsələləri ən yaxşı biləniniz etsin.» (Dəaimul-islam, c.1, səh.147) 56.Qulağa azan oxumaq. 169.Allahın Peyğəmbəri (s):«Ey Əli! Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda Şeytan heç vaxt ona zərər-ziyan vurmaz.» (Tuhəful-Uqul, səh.13) 170.İmam Sadiq (ə):«Əgər birinin xasiyyəti pisləşsə, onun qulağına azan oxuyun.» (Biharul-Ənvar, c.104, səh.122, hədis 61)

Похожие видео

Показать еще