Azan çiçəyi

28.06.2017
Quba rayon Alpan kənd sakini Qurban Söhbətovun həyətyanı sahəsində qeyri-adi bitki növü var. Allahın möcüzəsi kimi qəbul edilən bu bitki azan oxunanda çiçək açır. Evin xanımı Xoşqədəm Söhbətova deyir ki, el arasında azan çiçəyi adı ilə tanınan bağ çiçəyi, şam azanı oxunana yaxın tumurcuq halına gəlir. Azan oxunmağa başlayanda isə anbaan açılır. Bu çəçəyin üstü gün ərzində xırda tumurcuqlarla dolu olur. Yalnız axşam saatlarında azan oxunduğu vaxt isə, qönçələr demək olar ki, bir möcüzə kimi açılır. Azan gülü adlanan bu çiçəyin ləçəklərinin qönçədən açılmasını lentə alarkən gözümüz qarşısında anbaan baş verən bu prosesdə deyilənlərin həqiqət olduğunun bir daha şahidi olduq. Müsahibim deyir ki, şam azanı ilə işa azanı arasında sarı rəngdə olan çiçək, səhər günəşin çıxması ilə qırmızı rəngə boyanır. 1 metr boyundakı bitki axşam azanına qədər insana sadə, yaşılyarpaqlı ot növünü xatırladır, axşam azanı vaxtı isə bitki canlanır və qönçələrdən sarı xoş qoxulu çiçək açılır. Sabah azanı zamanı isə bitkinin çiçəyi solub tökülməyə başlayır. Bu möcüzəli bitkinin adətən iyun ayından sentyabr ayının sonlarına qədər çiçək açdığını deyən Xoşqədəm xanım ona xüsusi qulluq etdiyini bildirir. Eltac Xələfov

Похожие видео