"ASAN Xidmət"in xanım əməkdaşını kim qaçırıb? - TƏFƏRRÜAT HD
#APATV #İbrahimovaTutuİdrisqızı #ASANXidmət #Ağcabədi #30yaşlıqız #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Ağcabədidə 30 yaşlı qız qaçırılıb. APA TV xəbər verir ki, Ağcabədi rayon Taxta körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7-i mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi "ASAN Xidmət" Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb. Tutunu qaçıranlar onu avtomobillə işdən məskunlaşdıqları obaya kimi qovalayıb. Obaya çatdığını görən şəxslər onun avtomobilini əzərək saxlayıb. Tutu onun avtomobilinin qarşısını əzərək saxladığın gördüyü an telefonla ailəsinə məlumat verməyi bacarıb. Lakin ailə üzvləri avtomobilin yanına gəldikdə artıq gec olub. Ailənin iddiasına görə, Tutunun öz xalası oğlu dəfələrlə onun qarşısını kəsib. Bu barədə polis əməkdaşlarına da məlumat verilib. Xala oğlu Qeys Cabbarovun cavabsız eşq səbəbindən ailələr arasında narazılıq da yaranıb. Lakin hazır ki, vəziyyətdə istər Tutudan, istərsə də Qeysdən xəbər çıxmamağı, telefonlarının da söndürülməyi ailəni daha çox narahat edir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV -nin sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv