Dollar ajiotajı - Banklar niyə valyuta satmır? - "Dolların kursu dəyişəcək" HD

10.03.2020
Neftin qiymətinin son günlər kəskin ucuzlaşması dollara da tələbatı artırıb. Hətta dolların kursunun dəyişəcəyi ilə bağlı fikirlər də dolaşır. Cebhe.info bir neçə bankdakı vəziyyətlə maraqlanıb. Banklardakı real mənzərə dollara tələbatın çox olduğunu təsdiqləyib. Kapital Bankın Cəfər Cabbarlı filialında “Dollar istəyirsizsə, qurtarıb” deyilib. Sitat: “Dollar istəyirsizsə, yoxdur. Çox güman ki, dolların kursu dəyişəcək. Hələlik 20 min dollara qədər satışa icazə verilib. Hər halda Mərkəzi Bank yeni kurs müəyyən edərsə, günortadan sonra açıqlanacaq. Səhərdən hamı dollar istəyir”. Sitatın sonu Kapital Bankın sönmüş valyuta mübadiləsi lövhəsi də (nağd xarici valyutanın manata nisbətən alış və satış məzənnəsi üzrə məlumatları göstərən xüsusi elektron lövhə) dollar kursu barəsində “məlumatsız” idi. Günay Bankın 2 saylı filialının əməkdaşı da satışda dollar olmadığını deyib: Bildiriblər ki, Dolların hamısı səhər satılıb qurtarıb. Hələlik dolların kursu dəyişməyib. Dollar olsa da, günortadan sonra olacaq. Əgər Mərkəzi Bank tərəfindən yeni alış və satış kursu müəyyən olunarsa, elan ediləcək”. Muğan Bankın Zivərbəy Əhmədbəyov küçəsində yerləşən filialında da : “Dollar qurtarıb. Günortadan sonra gəlməsini gözləyirik. Səhər tezdən hamı gəlib dollar alırdı. Dolların kursu hələlik dəyişməyib deyuə bildirilib. Gün ərazində apardığımız müşahidələrə görə, "Bank VTB"də bir adama maksimum 400, "Əmrahbank"da 300, "Unibank"da isə 1000 ABŞ dollardan artıq satılmır. Çəkdiklərinizi bizə göndərin ► +994 50 466 16 32 (whatsapp) Kanalımıza abunə olmaqla bizə dəstək verin... (https://www.youtube.com/channel/UCY7G1VbYWEST1foBudC9ekQ?view_as=subscriber )

Похожие видео