Sirr saxlamağın müstəhəb olması | Riyadus Salihin #478 | SUAL-CAVAB | Adil Rəcəbov HD
Riyad əs-Salihin (Salehlər bağçası) | 85-ci Fəsil | ƏDƏB KİTABI | SİRR SAXLAMAQ bölümü | Hədislər: 687 | Sual-Cavab 00:25:03 Aişə radiyallahu anhə belə dedi: Peyğəmbər səllallahu əleyhi və səlləmin xanımları yanında oturmuşdular. Bu zaman Fatimə eynilə Rəsulullah səllallahu əleyhi və səlləm kimi yeriyərək gəldi. Rəsuli-Əkrəm onu görəndə sevindi və “xoş gəldin, qızım” deyərək sağ və ya sol tərəfində oturtdu. Sonra Fatimənin qulağına nə isə pıçıldadı. Fatimə yüksək səslə ağlamağa başladı. Onun çox kədərləndiyini görüb qulağına başqa bir söz dedi. Bu dəfə Fatimə güldü. Fatiməyə: - Xanımları yanında olanda Rəsulullah səllallahu əleyhi və səlləm sadəcə sənə bir sirr verdi, sən də ağladın,- dedim və Rəsulullah gedəndən sonra ondan: “Rəsulullah səllallahu əleyhi və səlləm sənə nə söylədi?” - deyə soruşdum. Fatimə: - Rəsulullah səllallahu əleyhi və səlləmin sirrini heç kimə açmaram,- dedi. Rəsulullah səllallahu əleyhi və səlləm vəfat edəndən sonra: - Üstündəki analıq haqqıma əsaslanaraq Rəsulullahın sənə verdiyi sirri mənə açmağını istəyirəm,- dedim. Fatimə: - İndi ola bilər,- dedikdən sonra bunları söylədi: “Rəsuli-Əkrəm ilk dəfə qulağıma pıçıldayanda Cəbrayılın nazil olan Quran ayələrini başdanayağa oxumaq üçün hər il bir –və ya iki- dəfə gəldiyini, lakin bu il eyni məqsədlə iki dəfə gəldiyini dedi və “Əcəlimin yaxınlaşdığını bilirəm. Allaha qarşı təqvalı ol və səbir et. Mənim səndən əvvəl getməyim yaxşı oldu”, - buyurdu. Gördüyün kimi bunu eşidib çox ağlamışdım. Mənim kədərləndiyimi görüb təkrar qulağıma “Ey Fatimə, mömin xanımların – və ya bu ümmətin qadınlarının – seyyidəsi olmaq istəməzsənmi?” - buyurdu. Gördüyün kimi onda da güldüm. (Buxari, Mənaqib 25, Fəzailu əshabin-nəbi 12, Məğazi 83, İstizan 43; Müslim, Fəzailus-səhabə 97-99. Həmçinin bax. İbn Macə, Cənaiz 64) Sosial şəbəkələrdə bizi izləməyi unutmayın: Saytımız: https://ixlasla.com Youtube: https://youtube.com/ixlasla Instagram: https://instagram.com/ixlaslacom Telegram: https://telegram.me/ixlasla Twitter: https://twitter.com/ixlaslacom Facebook: https://facebook.com/ixlasla Facebook: https://facebook.com/ixlaslacom #AdilRəcəbov #SalehlərBağçası #ilahiyyatçıAdilRəcəbov
Похожие видео
Показать еще