Bu gün olan hadisələrin Qiyamə günü ilə əlaqəsi Hacı Ramil HD
Bu gün olan hadisələrin Qiyamə günü ilə əlaqəsi Hacı Ramil Ölüm - elə bir həqiqətdir ki, heç bir canlı ondan amanda deyildir. Bu tanınmamış fenomen insanda çox sayda suallar meydana gətirər. İnsanın canını tapşırandan sonra ilk evi qəbir olar. Belə bir sual yaranır ki, bəs qəbirlərdə nələr baş verir? (Tebyan) Bu,, elə bir sualdır ki, ona qəti cavab vermək mümkün deyildir. Bəzi hədislərə əsaslanaraq, qəbrin ilk gecəsində nələrin baş verdiyi haqqında bəzi həqiqətlərə işarə etmək olar. 1. Mələklərin hüzuru. Bəzi hədislərə görə insan qəbrə qoyulandan sonra Nəkir ilə Münkər adlı iki mələk onun yanına gələr və onun əməlləri ilə bağlı suallar verərlər. Bu zaman imanının keyfiyyəti aydın olar. İmam Sadiq (ə) buyurur:“O zaman ki, insanı qəbrə qoyarlar, iki mələk onun yanına gələr. Bir mələk sağ tərəfində və bir mələk də sol tərəfindən qərar tutar. Şeytan da qarşısında dayanar o halda ki, gözləri tüstü olmayan şöləyə bənzəyər”. 2. Qəbirdə verilən suallar. Hədislərə görə insana qəbirdə dörd sual verilər: 1. Allahla bağlı. 2. Dinlə bağlı. 3. Peyğəmbərlə (s) bağlı. 4. İmamla (ə) bağlı. İnsanın bu suallara cavab verməsi həyatdakı əməllərindən asılıdır. Bu suallar onun bərzəx aləmindəki taleyini həll edər. Hədislərin birində İmam Rzadan (ə) oxuyuruq ki, buyurur: “Qəbirdə möminə deyilər: “Sənin Pərvərdigarın kimdir?”. Cavab verər ki, Allah. Sonra ona deyilər: “Dinin nədir?”. Cavab verər ki, İslam. Ona deyilər: “Peyğəmbərin (s) kimdir?”. Cavab verər ki, Muhəmməd (s). Ondan soruşarlar: “İmamın kimdir?”. Cavab verər ki, filankəs. Nəhayət ona sual verilər: “Bu yolda necə qərar tutdun?”. Cavab verər ki, bu, elə bir məsələdir ki, Allah məni ona tərəf yönləndirmiş və sabitqədəm etmişdir. Ona deyilər: “Gəlinlər kimi (rahat) yat”. Sonra behiştin qapısı üzünə açılar”. 3. Qəbir sıxıntısı. Qəbirdə baş verən hadislərdən biri də qəbir sıxıntısıdır. Əbu Bəsir nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum: “Kimlərsə qəbir sıxıntısından azad ola bilirmi?”. Həzrət (ə) buyurur: “Qəbir sıxıntısından Allaha pənah aparıram. Qəbir sıxıntısından azad olan insanlar azdırlar...”. Sonra İmam (ə) Peyğəmbərin (s) qızı Rüqəyyəni ölümündən sonra Peyğəmbərimizin (s) onun qəbrinin yanında dayanmasından danışdı: “... başını səmaya qaldırır. Gözlərindən yaş axan halda insanlara buyurur: “Mən qızım Rüqəyyəni yada saldım və həmçinin ona olanları yadıma saldım. Qəlbim sındı və istədim ki, Allah onu qəbir əzabından azad etsin. Dedim: “Allahım, mənə xatir Rüqəyyəni qəbir əzabından azad et. Allah onu Peyğəmbərə (s) xatir azad etdi”””. Bəs qəbir əzabından necə xilas olmaq olar? Hədislərimiz qəbir əzabından xilas olmağın bir neçə yollarını göstəriblər ki, onlara işarə edək. 1. Bəzi günahları tərk etmək. a). Dedi-qodu etmək. Əmirəl-möminin (ə) buyurur: “Qəbir əzabı dedi-qodu edən, nəcisindən paklanmayan, kişinin qadınından uzaqlaşmasından meydana gələr ki, öz yatağını ayırar. Yemək və yatmaqda ondan uzaq olar”. b). Neməti zay etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin üçün qəbir əzabı - zay etd
Похожие видео
Показать еще