İran içindən dağılır - Güney Azərbaycan ayaqlandı//Təmas Xətti
"Bəzi insanlar şübhəsiz, bu qərardan narahatdırlar. Amma bu aksiyalar bizim xalqımız deyil, xuliqanlar tərəfindən həyata keçirilir. Əks-inqilab və İran düşmənləri hər zaman sabotaj və qeyri-sabitliyi dəstəkləyiblər. Bu gün də buna davam edirlər", - deyə Xamenei qeyd edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını vəzifələrini yerinə yetirməyə çağırıb. Xameneinin bu açıqlaması vəziyyəti bir qədər də gərginləşdirib. Etirazlar daha da şiddətlənib. Bu gün Tehranın mərkəzi küçələrinə çıxan xalq ali dini lider Xamneyiyə ölüm şüarı səsləndiriblər. ABŞ-ın Dövlət katibi M.Pompeo İrandakı hadisələrlə bağlı açıqlamasında aksiyaları dəstəkləyib və etirazçıların yanında olduqlarını bildirib. Pompeonun mənəvi dəstəyi aksiya iştirakçılarına əlavə stimul verib. Burada bir məqamı da qeyd edim ki, həlak olan etirazçılar arasında güney azərbaycanlılar da var. Güneylilər benzinin qiyməti ilə bərabər, həm də ayın 8-də İranın Azərbaycan bölgələrində baş verən zəlzələdən sonra hökumət orqanlarının zəlzələdən zərər çəkmiş ailələrə kömək etməməsinə etirazlarını bildirirlər. Əgər Həsən Ruhani Ayətullah Xameneini və onun tərəfdaşlarını Qərbə və xüsusən də ABŞ-a qarşı barışmaz düşmənçilik mövqeyindən çəkindirə və sanksiyaların ləğvinə nail ola bilməsə, yaxın aylarda İran sözün həqiqi mənasında viran qalacaq.
Похожие видео
Показать еще