Prezident İlham Əliyevin Rusiyaya son mesajı hansı nətəcələr verəcək?– Anar Əsədli “Canlı”da HD

13.04.2021
“Ermənistan qisas almağa çalışsa, tamamilə məhv olacaq.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib. Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini, regional üçtərəfli əməkdaşlıq platformaları çərçivəsində fəal əməkdaşlıq etdiyini xatırladıb: “Ancaq Ermənistanın intiqam almaq cəhdləri sıfıra bərabər olmalıdır. Bayaq dediyim kimi, Azərbaycan sülh istəyir, lakin əks təqdirdə, belə cəhdlər olarsa, onları tamamilə məhv edəcəyik”. Prezident eyni zamanda bildirib ki? “Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”. Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”. Dövlət başçısı qeyd edib ki, bu, faktdır: “Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”. İ.Əliyev eyni zamanda İsgəndər M raketləri ilə bağlı maraqlı məqamlara toxunub. O, bununla bağlı Rusiya prezidenti ilə telefon danışığı apardığını bildirib. Bu danışığın nəticəsi necə olacaq? Bu və gündəmdəki digər mövzuları Ay Partiyanın başqanı Anar Əsədli ilə müzakirə edirik. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Похожие видео

Показать еще