Nazir müavini: “Yanğınsöndürənlərimiz Türkiyədə yanğınların söndürülməsi üçün var gücü ilə çalışır” HD

02.08.2021
“Artıq üçüncü gündür ki, bizim yanğınsöndürənlər Türkiyədə meşə yanğınlarına qarşı mübarizəni davam etdirirlər”. APA TV-nin Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu yanğınla bağlı qardaş ölkədə səfərdə olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Nazir müavini Azərbaycandan yanğınsöndürənlərin fəaliyyətini işıqlandırdığına görə media mənsublarına təşəkkür edib: “Siz media mənsubları da birinci mərhələdə bizim yanğınsöndürənlərlə birgə bura gəlmisiniz, doğrudan da sizinlə qürur duyuruq. Çünki siz bizim zəhmətimizi hamıya çatdırırsınız. Bundan əlavə, qeyd edim ki, ikinci mərhələdə Azərbaycandan göndərilən 54 yanğınsöndürmə texnikası və 250-yə yaxın canlı qüvvə hazırda Ankara istiqamətində hərəkət edir. Planlaşdırmışıq ki, sabah təxminən 12:00-02:00 arasında hadisə yerinə çatsınlar. Bundan sonra bizim gücümüz daha da artacaq və yanğınlara qarşı daha güclü mücadilə edəcəyik. Bu anlarda Azərbaycan xalqının ürəyi türk qardaşlarımızın yanındadır. Hamı səbirsizliklə yanğınların söndürülməsi xəbərini eşitməyi gözləyir. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var qüvvəsi ilə çalışaraq yanğın irəliləməsinin qarşısını almağa, lokallaşdırıb söndürməyə səy göstərirlər və buna nail olacaqlar”. Etibar Mirzəyev Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb: “44 günlük müharibə zamanı da Türkiyə dövləti, Türkiyə xalqı daim bizim yanımızda oldu, bizə mənəvi dəstək verdi. Bu gün isə biz tək yanğınsöndürənlərlə deyil, media mənsubları ilə, bütün xalqla Türkiyə xalqının, dövlətinin yanındayıq”. Nazir müavini əlavə edib ki, Azərbaycandan göndərilən əlavə qüvvələr Türkiyəyə çatandan sonra qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə olacaq. Burada işlər müvafiq nazirliyin nümayəndələri ilə birgə koordinasiya olunacaq. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qara

Похожие видео

Показать еще