Əsas xəbərlər 01.08.2021 Ruslar Sərhəddə GÖRÜN NƏ ETDİ - Ordumuz AĞIR İTKİ VERDİ HD
Azərbaycanda avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq. Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib. "Sabah səhər bizim bir yanğın helikopteri də meşə yanğınlarının baş verdiyi hadisə yerinə tərəf uçuş edəcək və günün sonunda hadisə yerində yanğınla mübarizəyə başlayacaq" - E.Mirzəyev qeyd edib. Yolların açılması bizi yerləşdiyimiz dalandan heç yerə çıxartmır. Axar.az xəbər verir ki, bu iddia ilə erməni filosof İda Martirosyan Yutubda yayımlanan “Troye v lodke” verilişində deyib. “Bizə hansısa dənizə çıxış verin. Bəli, əgər bizdən delimitasiya, demarkasiya ilə torpaq alırlarsa, qarşılığında hansısa keçid versinlər” – deyə o bildirib. Bundan sonra verilişin aparıcısı Martirosyana irad tutaraq, “sən Ermənistan kimi kobudluğa can atırsan. Sən bu gün kimsən ki, hansısa torpaq tələb edirsən” sözlərini deyib. Martirosyan isə cavabında Ermənistanın Qarabağ istiqamətində irəliləməsini yanlışlıq adlandırıb: “Son nəfəsimə qədər deyəcəm ki, biz Qarabağı “azad etməyə” gedəndə bizi əhatə eləyən yarğandan çıxmadığımızı başa düşməliydik. Biz yola sahib olmurduq. Müasir dünyada isə yollar, kommunikasiyalar ən vacib şeylərdir. Biz sadəcə öz divarımızı artırdıq. Başqa tərəfə hərəkət etmək lazım idi... Yenə diplomatiyaya qayıdıram. İndi olduğumuz deşikdən çıxış üçün nəyisə qarşılıq olaraq vermək olardı. Gələcək nəsillər anlayacaq ki, söhbət “tarixi torpaqlarda”, Azərbaycanda və Türkiyədə nəyin olmasında deyil, məsələ gələcəkdədir. Gələcək isə yollar v
Похожие видео

16.08.2020
06:31
Ermenistana 7 teyyare silah dasindi, bu 3 olke de komek etdi: ŞOK KADRLAR
youtube
22.10.2017
53:54
Tural Sadıqlı : Şərlənərək həbs edilən vicdan məhbuslarını azad edin!
одноклассники
Показать еще