Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün surələr. Ayətul-Kursi. əl-İxlas. əl-Fələq. ən-Nas
Gözdəymə və ondan necə qorunmaq haqqında Sual: Salam aleykum, goz deymesinin sebebi nedir? Bi de insanin imanina da goz deye biler? Goze qarwi ne oxumag olar? Allah razi olsun sizden.. Cavab: Və aleykum Salam. Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir. Uca Allah buyurur: "...və həsəd aparan zaman paxılın şərindən!" (əl-Fələq, 5). Həmçinin, insanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi". (Səhih əl-Buxari, Səhih Muslim). Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi - (əl-Bəqərə, 255)", "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə "Bərakəllahu fihi" deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, "MaşaAllah Lə Quvvatə İllə Billəəh" demək. Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: "Biriniz qardaşında, yaxud özündə, yaxud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509). Uca Allah buyurur: "Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: "Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!"– dedi. O özünə zülm edərək bağına daxil olub dedi: "Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!" Onunla söhbət edən yoldaşı isə dedi: "Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbini inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: "Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!"– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!" Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək
Похожие видео
Показать еще