Nazilə:“Ərə gələndə elə bildim “kurorta” gəldim”; Zamiq: “11-12 yaşımda metroda alver edirdim”, HD

28.01.2019
Müğənni Zamiq Hüseynov MTV-ə yayımlanan “3 canlı” proqramına qonaq olub. Zamiq canlı efirdə bildirib ki, onun həyatından kitab yazmaq istəyirlər: “Yaxın dostlarıma belə yaşadıqlarımı danışmağı sevmirəm. Bir-iki dəfə şair, yazar dostlarımıza danışmışam. Onlar həyatımdan kitab yazmaq istəyirdilər. İnsanlar şərh yazandan sonra həyatım barədə danışmağa başlamışam. Mənim 10 il əvvəl yaşayışımı görsəydiz, indi öz halınıza şükür edərdiz. Mən keçmiş illərimi fəxrlə danışıram. 11-12 yaşımda metrolarda alver edirdim. 16 yaşımdan sonra isə toylara getməyə başladım. Bütün xırdalıqları danışmaq istəmirəm”. Sənətçi həmçinin proqramda atasının telefon işlətmədiyini vurğulayıb: “Atamın mobil telefonu yoxdur. Istəmir. O, təbiəti sevir, ağac əkir, bəhrəsini görür. İndi valideynlərim bağda qalır, şəhərə gələndə sıxılır, rahat olmur”. ***** “Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova instaqram səhifəsində yazıb. Son zamanlar sosial şəbəkələrdə tənqid olunan, özünü müğənni kimi təqdim edən Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez etməsi və bayağı şəkildə ifası Kərimovanı özündən çıxarıb: “Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyyəm var: Övladlarım, pis mahnıya 2-ci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız”. ***** “Nişanlım mənə xərclik verirdi, mən də ev süpürtdürürdüm”. ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı şairə Nazilə Səfərli olub. Nazilə Səfərli maddi durumunun hər zaman yaxşı olmasından söz açıb: “96-cı ildən mən pulun içərisindəyəm. Çox hallı-dullu ailənin gəlini olmuşam. Atam evində çox uşaqlı ailədə olmuşam, amma aclıq, susuzluq çəkməmişik. Çoxuşaqlı ailənin özünün şirinlikləri var, birinə çatanda brinə çatmaya bilər, amma paylaşmağı bacarırsan. Mən ərə gələndə elə bildim “krorta” gəlmişəm. Orada kef gördüm. Toyun axrıncı günü idi, çamadanlarımı yığırdım. Bacım dedi ki, hamısı yığma 1 həftəyə geri gələcəksən. Oradan bura onu daşımaq da var. Nişanlı idim, atam evində olanda nişanlım bizə gələndə mənə həftəlik xərclik verirdi. Mən də o pullarla qızların birinə ev süpürtdürürdüm, birinə qab yuduzdururdum, iş görmürdüm”. ***** Əkizlər Sevil və Sevinc Səfərovalar "X Maqazin" verilişinin qonağı olublar. Axşam.az-ın məlumatına görə, müğənnilər sənət adamlarını tənqid ediblər. Onlar "Şou-biznesdə dost yoxdur" deyənləri qınayıblar: "Niyə şou-biznesdə dostumuz yoxdur deyirlər? Axı ən çətin günümüzdə yanımıza müğənnilər gəlir. Sabah toy edəndə müğənniləri çağırırlar. Pis gün olanda yanınızda məni görəcəksiniz". ***** ARB TV-nin “H

Похожие видео

Показать еще