Əsas xəbərlər 29.08.2021 Orduya AĞIR ZƏRBƏ - Ruslar GÖRÜN NƏ ETDİ HD
“Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”. “Report”xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib. “Bölgəmiz və insanlarımız dini, məzhəbi və etnik ayrı-seçkilikdən çox əziyyət çəkib. Bu ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”, - o qeyd edib. Mövlud Çavuşoğlu bölgədə qalıcı stabillik üçün iqtisadi və inzibati islahatların vacibliyini vurğulayıb: “Xalqlarımızın rifahı üçün strateji infrastruktur layihələrini gerçəkləşdirməliyik. Təhlükəsizlik olmadan iqtisadi islahatlara nail olmaq mümkün deyil Gözlənildiyi kimi, İran da Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub. “AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatçılıq keçirdiklərini bəyan edib. Səfirliyin adından Ermənistan mətbuatında yayılan məlumatda deyilir ki, İran tərəfi tezliklə sərhəddə yaranan problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir. Həmçinin, səfirlik Gorus-Qafan yolunun bağlanması səbəbindən İranın Ermənistanla əlaqələrində problem yarandığını bildirir: “Təəssüf ki, iki gün ərzində şahidi olduq ki, son hadisələr səbəbindən təkcə erməni əhalisinin normal həyatı üçün deyil, İran yüklərinin Ermənistana daşınması məsələsində də problem yaranıb... Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı demarkasiya və delimitasiya işlərilə bağlı fikir ayrılığı sülh atmosferində, hər hansı gərginlik olmadan və rabitə kəsilmədən (yolun bağlanmaması nəzərdə tutulur-red.) həll olunacaq.” İran səfirliyi həmçinin, Ermənistanı tezliklə Gorus-Qafan yoluna alternativ yollar inşa etməyə çağırır: “Biz ümid edirik ki, Gorus-Qafan marşrutuyla bağlı mübahisələrin həlli üçün aparılan danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşlarına, həm də Ermənistanla ticarət əlaqələrimizin normallaşmasına şərait yaradılması üçün alternativ marşrutların yaxşılaşdırılması və inkişafı işləri sürətləndiriləcək”. Göründüyü kimi, İran yenə də təkcə Ermənistanla əlaqələrin deyil, xüsusilə “əziyyət çəkən” erməni vətəndaşların qeydinə qalır Qarabağda daha 1 erməni hərbçinin meyiti tapılıb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Erməni əsgərin meyitinin qalıqları Cəbrayılda tapılıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədən Qarabağda axtarışlar zamanı tapılan erməni əsgər meyitlərinin sayı 1652-yə çatıb. “İntiqam istəyirəm”. Yenisabah.az xəbər verir ki, bu sözləri Yerkir Tsirani Partiyasının lideri Zaruhi Postancyan özünün Facebook səhifəsində yazıb. O daha sonra yazıb: “Eyvazlı və Çayzəminin məsələsi sona çatdı, türklər təlimdə yaxşı məşqlər nümayiş etdirdi. Ermənistan-İran dövlətlərarası yolu iki gün bağladı, bizi yenidən alçaltdı. Ona görə də intiqam istəyirəm!” Azərbaycan sərhədçilərinin Gorus-Qafqan yolunu bağlaması Kreml üçün gözlənilməz idi
Похожие видео
Показать еще