Pakistan Niyə Azərbaycanı Dəstəkləyir? - ŞOK OLACAQSINIZ HD

17.10.2020
#Pakistan #Azerbaycan #Qarabag "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 İşğal olunmuş torpaqlarını azad edilməsi əməliyyatlarında Azərbaycana dəstək verən ölkələrdən biri də Pakistandır. Pakistan hər zaman Azərbaycananı dəstəkləyib. Bütün hərbi gücüylə ölkəmizin yanında olduğunu dəfələrlə qeyd edib. Maraqlıdır, Pakistan Azərbaycanı niyə hər zaman müdafiə edir? Videonu mütləq sona kimi izləyin. Videoya keçməzdən əvvəl aşağıda yerləşən bəyən düyməsinə basaraq bizdə dəstək ola bilərsiniz. Pakistanın Azərbaycana bu qədər isti münasibətinin səbəbləri hər zaman müzakirə mövzusu olub. Hətta bununla bağlı müxtəlif “səbəblər” də tapılıb. Coğrafi baxımdan Azərbaycandan uzaqda yerləşən, regional bağımızın olmadığı ölkənin Azərbaycana bu qədər doğma münasibətinin arxasında hər kəs hansısa gizli bir səbəbin olduğunu düşünür. Əslində müəyyən mənada bu gizli səbəb və ya səbəblər mövcuddur. Pakistanla Azərbaycanın dost-qardaş münasibətlərinin səbəbi ilə bağlı ən məşhur fikir Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayıldığı zaman şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərməsi ilə bağlıdır. İnternetdə dolaşan yazıya görə bununla da pandemiyanın qarşısı alınır və qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir. Bu məlumat Azərbaycan internet məkanında məşhur olsa da, sənədli yazılarda keçmir. Əlbəttə, Tağıyevin belə bir yardımı etməsini istisna etmək olmaz. Dünyanın müxtəlif bölgələrində müsəlmanlara yardım edən azərbaycanlı milyonçunun xəstəlikdən əziyyət çəkən pakistanlılara yardım etməsi mümkün idi. Ancaq bu cür tibbi yardımı dövlətlərarası siyasi münasibətlərin əsas səbəbi kimi izah etmək çətindir. Bu fakt yalnız əlaqələrə müsbət təsir edə bilərdi. Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb. Maraqlıdır ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ümumiyyətlə, ötən 30 ilə yaxın bir vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda Azərbaycanın ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyib. Pakistan dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə dəstəklərini bildiriblər. Bundan başqa, Pakistan məhz Azərbaycana hərbi təcavüzü əsas gətirərək Ermənistanla diplomatik münasibətlər qurmayıb, bu ölkədə səfirliyi yoxdur. Pakistan bu siyasəti məhz İslam həmrəyliyi, müsəlman qardaşlığı prinsiplərinə əsasən edir. Ötən dövrdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilib, ölkə rəhbərliyi qarşılıqlı səfər

Похожие видео