Ramazanın SON 10 günündə bu səhvləri etməyin! HD

20.04.2022
SON 10 gündə bu səhvləri etməyin! Bu gün sizə oruc tutarkən bilərək və ya fərqində olmayaraq edilən səhvlərdən danışacağam. 1. İmsak etmədən oruc tutmaq. Əksər insanların etdiyi səhvlərdən birincisi məhz budur. İftarda həddən artıq yeyib, imsakda oyanmadan oruc tutmaq həm dinimiz, həm də sağlamlığımız baxımından səhv addımdır. Gündə tək öynə yemək və bu öynədə də əlinə gələni ağzına doldurmaq mədəni gücə salır. Üstəlik, tək öynəlik rejim orqanizmdə bir çox xəstəlikləri, belə demək mümkünsə, “oyadır”. 2. İmsakda dayanmadan yemək. İmsak oruca başlama vaxtını bildirir. Yəni, əslində, gecənin bitməsi və günün başlaması arasındakı qısa çizgidir. Gecədən oturub gün çıxanacan dayanmadan yemək orqanizmi yükləyir. Çünki, bildiyimiz kimi, orqanizmin bioloji saatı gecəni yatmaq vaxtı kimi nizamlayıb. Yatan bir orqanizmə üst-üstə yemək tıxımaq sağlamlığa ziyan vurur. Odur ki, çalışın, imsakda həzmi asan və nisbətən yüngül qidalar qəbul edin. 3. İmsakda yemək yeyib yatmaq. Cümlənin sonundakı iki sözün birlikdə işlənməsinin, yəni, “yeyib yatmağın” zərərli olduğunu artıq hamı bilir. Belə olduqda, mədədə yanma hissi yaranır. Mədənin qidanı rahat qəbul etməsi üçün imsakdan sonra, ən azı, on beş dəqiqə aktiv olmağa çalışın. Çıxın gəzin, səhərin mehi üzünüzə vursun... Həm həzm prosesi asanlaşsın, həm də gümrahlığınız artsın. 4. İmsakdan iftara qədər yatmaq. Oruc tutanlar arasında elə insanlar var ki, vaxtın tez keçməsi üçün gün ərzində yatır. Amma bu, Ramazanı sağlam başa vurmağınıza əngəl olacaq bir durumdur. Gündəlik həyatda hansı işlərlə məşğulsunuzsa, oruc tutduğunuz zaman da o işlərlə məşğul ola bilərsiniz. Yatarkən metabolizma yavaşlayır. İftarda yeyilən löyün-löyün yeməklə qəfildən sürətini artıran orqanizm artıq yağ yığmağa başlayır. 5. İftar süfrəsini şah süfrəsi kimi bəzəmək... Yox, süfrəyə hansı yeməyi qoyub-qoymamağınızdan danışmıram. Axşamadək ac olan bir mədəyə dalbadal 5 cür yeməyi doldurmaqdan danışıram. İftar süfrəsini bacardıqca sadə edin. Amma mövsümi meyvə və tərəvəzləri, bol vitaminli qidaları əskik etməyin. Çünki orqanizm özünə lazım olan vitamin və mineralları tələb edərkən, bir-birinə zidd olan yeməkləri, məsələn; balıqla qatığı eyni anda yeməyiniz onu yorur... Yorulmuş bədən ruh düşkünlüyünə, stressə və tez qocalmağa səbəb olur. 6. İmsakda və iftarda az su içmək. Ramazanın ilin isti aylarına təsadüf etməsi orqanizmin susuzluq çəkməsini artırır. Buna görə də, iftarla imsak arasında bol miqdarda limonad, şərbət, şirə kimi müxtəlif içkilər içilir. Mütəxəssislər isə bunun əleyhinədir. Onların fikrincə, şirin və ya turş içkilər özləri sonradan su tələb edə bilir. Ona görə də, iftarla imsak arasında birdən-birə yox, mütəmadi olaraq, ən azı, 2 litr su içilməsi məsləhət görülür. 7. İdman etməmək və ya həyat aktivliyini azaltmaq. Ramazanı gümrah və enerjili keçirmək üçün idmanla məşğul olmaq və ya aktiv həyat tərzi keçirmək faydalıdır. Çünki gün ərzində aclıq çəkən orqanizm əzələləri əridir. Ramazan sonunda tərəziyə çıxarkən çəkinizin azal

Похожие видео

Показать еще