Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ - Onların Zeynalabdin Tağıyevə nə borcu var idi?
"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur. Facebook - profili - https://www.facebook.com/BahadurSeyidov2 İnstagram - https://www.instagram.com/demedideme_official/ Video içi reklamları üçün əlaqə - 0553624969 (Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.) Ölkəmizin Pakistanla münasibətlərinin tarixi qədimlərə dayanır. Pakistanın Multan şəhərindən olan tacirlər İpək yolunun üstündə yerləşən Bakıya gələr, aylarla burda qalar, ticarət edər, ya yollarına davam edər, ya da geri öz ölkələrinə dönərdilər. Təqribən, 5 əsr bundan öncə Bakı xanları məhz Pakistandan gələn tacirlər üçün Multan karvansarasını inşa etdirir. Beləcə, pakistanlı tacirlər xalqımızın qonaqpərvərliyini bir daha anlayır və təqdir edir. Hələ də Multan tacirlərinin adını daşıyan bu karvansara hazırda İçərişəhər Milli Qoruğunda yerləşir və mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən qorunur. Bu, Pakistan-Azərbaycan dostluğunun tarixə keçən bir epizodudur. Təbii ki, iki xalqın bir-birinə olan xeyirxah münasibəti rəsmi və yazılı mənbələrdən uzaqda da mövcud idi, kim bilir, bəlkə daha da isti idi?! Ötən əsrin əvvəllərində Pakistan Böyük Britaniyanın müstəmləkəsi idi. Bir dəfə əhali arasında kütləvi şəkildə epidemiya yayılır. Xəstəlik səbəbilə 100 mindən çox insan dünyasını dəyişir. Ən böyük çətinlik isə xəstəliyin qarşısını almaq üçün dərman və preparatların çatışmazlığı olur. Pakistan xalqının belə ağır bir günündə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan dövlətinin ərazisinə göndərib. Və bu vaksinlərin köməyilə epidemiyanın qarşını almaq, yüz minlərlə insanın həyatını xilas etmək mümkün olur. Hacı Zeynalabdin Tağıyev, sadəcə, yardımla kifayətlənmir, eyni zamanda, problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib. O gündən-bu günə bütün Pakistan uşaqları Azərbaycanı özlərinə doğma bilir, xilaskar ölkə kimi tanıyır. Nəinki, Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığını unutmur, onun vətəninə olan sevgilərini bəyan etməkdən də çəkinmirlər. Tarixi əsrlər öncəsinə dayanan dostluğun nəticəsi idi ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə oldu. Həmçinin, Pakistan indiyə qədər Ermənistanı dövlət kimi tanımır. Tağıyevdən miras qalan xeyriyyəçilik ənənələri bu gün də qorunub saxlanılır. 2007-ci ildə Pakistanda baş verən zəlzələ zamanı Pakistan Azərbaycandan böyük yardım aldı. Hətta, zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, tibbi avadanlıq və təlim keçmiş xilasedici dəstə Pakistana göndərildi. Eyni zamanda, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım ayrıldı. Heydər Əliyev Fondu da dost ölkədəki təbii fəlakətə diqqətsiz qalm
Похожие видео
Показать еще