Bakıda yeni doğmuş anaya səhv qan köçürdülər - Komaya düşdü HD
Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına ciddi problem yaşadıblar. Belə ki, xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin sağlamlıq durumu çox pis vəziyyətə gətirilib və sonra ona yardım edilməyib. S.Məmmədlinin atası Məhəbbət Məmmədov Modern.az-a müraciət edərək, aidiyyatı qurumlardan kömək istəyib. O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində qeysəriyyə əməliyyatı olunub. “Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim ki, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Deməli, onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona - II RH rezuslu qan vurublar. Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medicial Plaza klinikasına köçürdük”. Məhəbbət Məmmədov deyir ki, Baku Medicial Plazada daha pis duruma düşüblər. “İyunun 9-dan qızım Baku Medicial Plaza-da müalicə olunur. Respublika Perinetal Mərkəzi Baku Medicial Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, “bizim vəsaitimiz yoxdur, ödəmirik”. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinetal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Qızım hazırda Baku Medicial Plazada müəlicə olunur. O biri xəstəxanadan mənə kömək etmirlər. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma görə mənə maddi kömək etsinlər”. Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Lent.az-a bildirib ki, mərkəzdə olan qan –II yox, +II qan qrupuna aid olub: “Həmin qan Qan Bankından alınıb. Bizdə ağır xəstələr olduğu üçün həmişə Qan Bankından qan alıb ehtiyat üçün saxlayırıq. Ehtiyat qanları mütəmadi olaraq yoxlayıb, yeniləyirik. Həmin xəstəyə də +II RH qan köçürülüb. Bizim Qan Bankından alıb soyuducuda saxladığımız qan +II RH olub. Yəni əlimizdə olan qan paketinin üzərinə Qan Bankında vurulan pasport, ştampa görə, içərisindəki qan +II RH-dır. Həmin qan paketinin içində müsbət yox, mənfi qan olmasını isə tibbi ekspertiza müəyyən edə bilər". Direktor bildirib ki, xəstəyə vurulan qanı saxlayıblar, pasportu, sertifikatı da üzərindədir: "Gəlsinlər, aparıb ekspertiza etsinlər ki, içindəki qan müsbətdir, ya mənfi. Əgər üzərində Qan Bankının +II RH möhürü vurulan qan paketinin içərisindən –II RH qan çıxırsa, bu zaman məsuliyyət Qan Bankının üzərinə düşür”. S.Məmmədova bildirib ki, qan köçürmə prosesi qaydalara uyğun icra edilib və birinci bioloji sınaq qoyulduğu zaman heç bir fəsadlaşma qeydə alınmayıb: “Qan köç