Tuncer Ali - İmza.. #BPS HD

18.06.2017
“Black Power Salute” albomunun dördüncü tracki. Tanrıya belə yalvarardım o an, ölmə deyə... Səsyazma: BLACK ROOM Studio Mix & mastering: Tuncer Ali https://facebook.com/TuncerAliBR https://twitter.com/TuncerAliBR https://instagram.com/TuncerAliBR https://soundcloud.com/TuncerAliBR Yoxsan.. Cavab gəlmir, Bir qıraqdan baxdı hamısı deyirdilər “dəlidi”, Xəbər çatmadı axtarıb tapmadığım diyardan, Dağıldı bir anda.. Səndən sonra elə mən də köçdüm ordan, Bir də olmur bu zəhrimarlardan doymaq, Dünən son kitabları satdım bir neçə içkiyə, Siqaret qadağan deyirdilər çoxaldı gizlidən.. Sənsə qayıtmadın.. (qayıtmadın) Güzgülər də faydasızdı, iynələr ayıltmadı, Qaça bilmirəm inan, ayaqlarımda güc qalmadı, Deyirlər “sahib olduğun qadın o dünyadadı”.. Bu dünyada nə işim var? Əlivi uzat doktor, Körpə qızım bətninə həbs oldu zaman dondu, Elə bilirsən asandı gözləmək bir il orda? Öncə beyini uyuşdurur, sonra girir qoluma.. Damarlarıma güldü qışqırırdı şəhər səssiz, Ayrılığıvı çəkib satırdım o bağda sənsiz, Görmədilər.. (görmədilər) Tanrıya belə yalvarardım o an ölmə deyə.. Faydasızdı içkilər, içim tökülmür heç kimə, Qısaldırdım illəri göz bəbəylərivə gecikirəm, Divardan şəkilləri topladım evimi yandırıb, Nəysə dayandırın.. Sərxoş gözlərimə dərman axtarırdı ağlayıb, Qapını bağlayın otaqda küləkləri qucaqlayım, Ağrıdırdı dözmək olmur, deyirdin ki “gözlə yolumu” İndi sən gəl! Mən gələndə ölmək oldu.. Artıq hamısı bilir ki keçməyəcək bu zibillər, Sən eyni qaldın ardında qocaldır bizi illər, Mənim yerim yoxdu getməyə torpaqda qaldı, Gülüşlərivi basdırmağa bu torpaq da dardı. Yataqlarda bağlı dumanlar, toxunmadan anla, Ölüm inan soyutmurdu yandırırdı zamanla, Sonra gəldi gedənlər, yanırdı pərdələr də, Anlamırdılar! Xatirən ciyərlərimdə.. Sevgi deyil bu, nifrətin kədərli halı, Düşüncələrlə hökm edir qəlbin intiharı, İllərimin yadigarı, yoxluğun ağır gəlir, Sən mənim axır qəmim.. Hardasan? Əlimdə heç nə qalmadı, Cavabsız qoyurdu Tanrı çarəsiz duaları, Cənnətə inanardım ölüm belə tez gəlməsə, Hər şey bitsə, sənsə getməsən.. Pəncərəmdə bir neçə həsrət və yarım tüstülər, Cümlələrimi yazırdım yarım şeirlər üstünə, Qapıları bağla! İntihar qonaq gəlir, İmza; Dəlixanadan Dəli.. AZAD QALIN!

Похожие видео

Показать еще