Tuncer Ali - Məsih #İnkar HD

08.02.2019
"İnkar" albomunun üçüncü tracki "Məsih".. Səsyazma: BLACK ROOM Studio Mix & mastering: Tuncer Ali Beat: Fls https://instagram.com/TuncerAliBR https://twitter.com/TuncerAliBR https://soundcloud.com/TuncerAliBR https://facebook.com/TuncerAliBR Mən qara küçələrdən qırmızı yolları ayırmışam yenə sənə xatir, Əlin yazır gözlər bağlanırsa nifrəti yad elə qəmə xatir, Mənə bais bura, sənə daim, sənə xain, mənə qanlı bir ayin, Yalanları unutmadan da gözləri bağladım bu əllərə xatir. İndi tutaq ki desinlər "Şair, gələcək gəlirsə keçmişə dair- Heç nə qalmamalı, göz qaralmamalı, əllər almamalı, ölməli dahi" Çökməli Babil qəm pəncərəsindən, dərdli əsirlərdən də desinlər, Qaçmalısan öz nəfəsindən, son nəfəsdə son fitnəsindən. Yarın yarına son ümidisən, qara küçələrdən yaşıl buludlar, Dəlixana, edam, bir neçə dahi və xəyallarımızı da orda vurublar, Sənlə durum yan-yana gözlərimə baxıb yanımda yan, keçmişi alma, Təmizlik axtarma, ləkələrə bax, biz səndən belə keçmişik Allah! Oğluvu mənlə eyni gündə eyni məzarda eyni səmaya Eyni maraqlar uğruna qanlar içində aldılar bu torpaqdan Amma durub axtar, gözləri bağla, sənlə qaranlıq bir otaqda Üz-üzə gələ bilsəm mənə bəsdi.. İnanmır inkara axmaqlar! Ayaqlarımda güc qalmadı səndən aldığım bu can ağır gəlir.. Bir də pərdələri tərpətməsin! Sabahlarında ümid yoxdu və hərdən ağlayır bu qaranlıq dəli.. Bir qələmlə "dəlisən" kəlməsi! Mən inkar diyarı, nifrət tanrısı, cəsarətin son şahidiyəm, Qırmızı qanımda qara maddələr, öz azadlığımın qatiliyəm, Daimiyəm və dua kimiyəm, hələ sənli günün son sakiniyəm, Sözüm əmrdi, əmrim qanun, mən qiyamətin hakimiyəm! Məkandan azad olan zamanın dərdini görsən sənlə yanardım, Səs telimdə hökm edən qaranlıq, yüksələcək məni görəndə Tanrı, Batanda varlıq, cənnətin oğluna vəd edilən çirkabda krallıq, Ay çıxanda nifrət qocalır, sevgimsə qaranlığa yatan bataqlıq! Atamdan ağrı, tək mirası cənnət ayələrinə qan damlatmağı, Mən sərxoş gecələrdən gəlirəm təhlükə səni yuxudan oyatmağım, Səndən öyrənirəm ağlatmağı, kölgəmdə qanlı adlar qalır, Doğmalarımın əllərində mismar, xaçın altındakı yadlar yanır! Və bir damla qanla qarışır torpaq, möcüzələrinə də inanmıram, Ruhumu qəbul eləmirsə bu dünya, aç qucağını mənə, bir anlıq al, Atayla oğulun səmanın altındakı tək xatirəsində kölgəyəm, İnsan yaradanla ölə bilərmiş, bu gecə hazıram sənlə ölməyə!

Похожие видео

Показать еще