Film şəhidimiz kapitan Nacmaddin Savalanovun şərəfli həyat yolundan bəhs edir.
Həyatda çox yollar var.Tale yönümlü bu yolların, cığırların qovuşaraq birgə və yaxud ayrı-ayrılıqda son mənzilə çatacaq qəribə, müəmmalı, müxtəlif həyat tərzləri var. Bu yollardan biri və müqəddəsi də ölməzliyə, şəhidliyə aparan yoldur. Bu yolun yolçusu olmaq üçün ən ümdəsi, gərək damarlarında döyüşkən ulu babalarının saf qan daşıcıyıları ola. O toxumlar, o hüceyrələr min ilin yolçusu ola. Bu mütləqdir! Biz bir şəhid ,aprel döyüşlərində qəhramancasına həlak olmuş, N saylı hərbi hissədə Qərargah rəisi kapitan Nəcməddin Savalanov haqqında kiçik bir sənədli film hazırlamaq qənaətinə gəldik. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihə çərçivəsində bizi dəstəklədi. Beləliklə biz şəhid Savalanovun izi ilə onun dünyasına aparan yolun sorağına çıxdıq. Balası 3 yaşlı Amiddən tutmuş anasınadək, qızları Leyla və Nuraydan başlamış, məktəbdən, eldən-obadan, dostlarından, hərbi ali məktəbdən, korpusdan, qərargah rəisi olduğu hərbi-hissədən, aprel döyüşləri zamanı silahdaşlarından, şəhid Savalanovu sorduq, onun dünyasını axtardıq. Anasından 3 yaşlı nəvəsinə əlləriylə hərbi forma hazırladığını, atalarının nəşi üzərində kiçik yaşlı uşaqların Vətən və Bayraq şerlərinin ifasında vətən sevgisini duyduq. Anası Nəcməddinin iç dünyasından danışdı, qarışıq yuxularından söhbət açdı.Yuxularında Xocalı soyqrımından, snayperə tuş gəlmiş şəhidlərimizin ruhundan ,mənim də şəhidliyimə hazır olun deməsini eşitdik. Beləcə addım-addım Nəcməddinin ruhunun arxasınca getdik.Yatdığı çarpayılara uzandıq,iş otağında, tədris mərkəzində, hərbi hissənin hər bir guşəsində onu duyduq, aradıq, hiss etdik və silahdaşlarından Nəcməddin haqqında rəvayətlərə bənzər igidlik və vətən sevgisinin şahidi olduq. Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin! İnanırıq ki,amalı uğrunda vuruşaraq şəhid olduğunuz bu torpaqlar azad olunacaq. Çəkdiyimiz kiçik bu sənədli film,gələcəkdə böyük bədii filmin yaranacağına yol açacaqdır.
Похожие видео
Показать еще