Tural Əhməd - Məni haçan axtarsan ( Orxan Bahadırsoy ) HD
Məni haçan axtarsan ən yaxın yerlərə bax. Axtar bağda, bağçada, evdə-eşikdə məni... Çarpayının altında, yorğan-döşəkdə məni... Axtar evin damında küncdə, köşədə məni. Məni haçan axtarsan kitab rəflərinə bax. Bir saralmış vərəqəm, ya bir sözəm, sətirəm. Köhnəlmiş kağızlardan gələn kəsif ətirəm. Ya şəkil albomunda mürgüləyir xatirəm. Məni haçan axtarsan paltar dolabına bax. Qatlanmış parçaların içindəyəm bəlkə də. Asılqanda paltonun cibindəyəm bəlkə də. Heç uzaqda deyiləm, evindəyəm bəlkə də. Məni haçan axtarsan evdə qutulara bax. Ya bir iynə dəliyi, ya da bir ip yumağı... Bilərəm axtarırsan, çatar mənə sorağın... Göz yaşın da bacarmaz məni səndən yumağı... Söz: Orxan Bahadırsoy Səs: Tural Əhməd Hazırladı: Heydər Hacıyev ✉ Mənimlə Əlaqə İnstagram https://www.instagram.com/turalahmadd/ Facebook https://www.facebook.com/TuralAhmadd Videonun Bütün Hüquqları Tural Əhməd Tərəfindən Qorunur Tural Əhməd © 2018
Похожие видео
Показать еще