RAPressia CLAN ft. Offside - Yeyilmiş Pozan HD
Emuş, Mike Believe, Biq, Albay Əfəndi Qoluma toxunmuş zəncirlərdən məni qurtar Məni uzaqlara apar, sonsuz ənginlikdə axtar İllərdi oxunmuş kitabları artıq bəsdir səhifələdin Onlardan oğurladığın hər misramı geri qaytar Buraxın məni özlüyümə, içimdə üsyan edim Məni buraxın tənhalığa, xəyallarımla sevişim Açın buraxın qəfəsləri, qoy ümidlər azad olsun Küləklər yenə əssin, buludlarda ilişim Bu mənim öz həyatımsa, buraxın yanlız qalaq Ruhumla qoyun tək-bə-tək, gəl otur bərabər yazaq Yenə də mürəkkəb bitir, yenə də bitir dəftərim Səssiz gecələr, ikimiz, yenə də quraq ittifaq Yaxın dur mənə, başını qoy çiynimə uzan Çarmıxa çək ümidlərimi, məscid verməmiş əzan Əz məni, tapdala; amma məbədimə toxunma Keçmişi silə bilməz heç vaxt yeyilmiş pozan.