RAPressia CLAN feat. Offside - yeyilmish pozan

07.12.2011
RAPressia CLAN feat. Offside - yeyilmiş pozan Emush (RC) Mike Believe (Offside) Biggie Albay Efendi (RC) Vocal ASAO (RC) Produced by Islam Shirvany a.k.a DJ easy http://www.facebook.com/IslamShirvani ( Albay Efendi ) Qoluma toxunmuş zəncirlərdən məni qurtar Məni uzaqlara apar, sonsuz dərinlikdə axtar İllərdi oxunmuş kitabları artıq bəsdir səhifələdin Onlardan oğurladığın hər misramı geri qaytar Buraxın məni özlüyümə, içimdə üsyan edim Məni buraxın tənhalığa, xəyallarımla sevişim Açın buraxın qəfəsləri, qoy ümidlər azad olsun Küləklər yenə əssin, buludlarda ilişim... Bu mənim öz həyatımsa, buraxın yalnız qalaq Ruhumla qalım tək-bə-tək, gəl otur bərabər yazaq Yenə də mürəkkəb bitir, yenə də bitir dəftərim Səssiz gecələr, ikimiz, yenə də quraq ittifaq Yaxın dur mənə, başını qoy çiynimə uzan Çarmıxa çək ümidləri, məscid verməmiş əzan Əz məni, tapdala; lakin məbədimə toxunma Keçmişi silə bilməz, heç vaxt yeyilmiş pozan

Похожие видео