Ramiz Rövşən - Yenə də aldandım bu çiçəklərə - Kamran M. Yunis HD
Bu şəhərin ağacları Dərd əlindən çiçəkləyib, Xanımları Gözlərinin kədərini rəngləyib, Kişiləri borc altında. Darıxmaqdan oğlanları-qızları Öpüşür ağac altında. Ağacları Dərd əlindən çiçəkləyib. Çiçəklərdən çəkə bilmir gözünü, Baxır, baxır, doymur adam. İstəyir assın özünü, Ağaclara qıymır adam. ...Yenə də, yaz gəlib bu yad şəhərə, Necə çıxdım mən bu yaza?.. Bilmədim... Yenə də aldandım bu çiçəklərə, Yenə də, özümü asa bilmədim...