BTS - Silver Spoon/Crow-Tit [Color coded Han|Rom|Azerbaijani] HD

04.10.2017
Artist: BTS (Bangtan boys) Album: "The Most Beautiful Moment in life Pt.2" *”Baepsae”- koreya dilində qısa ayaqlı, kiçik dimdikli sərçəyə bənzər ağ bir quşdur. Həmçinin özündən üstün və yaxşı olan insanları təqlid edən insanlara da “bepse” deyirlər. *”Leylək”- bu mahnıda istifadə olunan leylək sözü özündən rütbə yaş cəhətdən böyük olanlara və müəllimlərə şamil olunub (müəllimlərə hörmətimiz sonsuzdur) *”Leyləklərin hesabına ayaqlarım uzanıb” -bir koreya atalar sözündən götürülmüş ifadədir: “Bepse leylək kimi yeriməyə çalışsa, ayaqlarını sındırar”. Yuxarıda qeyd etdiyimiz kimi bepse həmçinin təqlid edən insanlara da deyirlər. Beləliklə, bu cümlənin mənası “bepse olduğum üçün leyləyi təqlid etdim və ayaqlarım uzandı”. *”Yarı zamanlı işə getsəm, maaş vermirlər” – Koreyada tələbələri “istək” qarşılığında işlədib, əvəzində isə təcrübə qazandıqalrını deyib maaş vermirlər və bu isə passion pay adlanır. *”Nəsillərin dərəcələri”-Koreyada nəsillər zəngin olmalarına grə bir neçə dərəcəyə bölünürlər. Bu nümunəni BTS-Dope mahnısında da görmək mümkündür. *”Müəllimlərim ağızlarında qızıl qaşıqla doğulublar”-bu ifadə zəngin ailədə doğulan, yaxud doğuşdan şanslı olan insanlar üçün istifadə olunur. *”Gələcəyin yoxdur”-cümlənin hərfi mənası “sənin şansın sarıdır”. Koreyada böyüklər gənclərə çox çalışmalarını, yoxsa şanslarının sarı olacağını deyirlər. Bu isə bitkilərlə əlaqəlidir. Belə ki, bitkilərin məhv olarkən yarpaqları quruyur və saralır. Böyüklər isə əgər gənclər çalışmasalar, onların gələcəyinin saralacağını, yəni gələcəklərinin olmayacağını deyirlər. Bizimlə əlaqə saxlaya biləcəyiniz səhifələr : ▶Facebook : https://www.facebook.com/bangtan.az/ ▶Twitter : https://twitter.com/bangtan_az?s=09 ▶instagram : https://www.instagram.com/btsarmyazerbaijan/ ▶Wordpress : https://bangtanaz.wordpress.com/ ▶VK : http://vk.com/id372490416 ▶OK.ru : https://m.ok.ru/dk?st.cmd=friendMain&st.friendId=572122958953&_prevCmd=friendMovies&tkn=9203 ▶Rəsmi Fanklub : https://www.facebook.com/groups/742136552589912/

Похожие видео

Показать еще