Şuşanın Dağları - KARAOKE HD
★ Omar Qurbanov Karaoke ★ Bizimlə Əlaqə https://www.instagram.com/qurbanov_omar/ ************************************************************** Şuşanın dağları Musiqi Sözləri Şuşanın dağları başı dumanlı, Qırmızı qoftalı, yaşıl tumanlı, Dərdindən ölməyə çoxdu gümanım. Ay qız, bu nə qaş göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da balam, barı gül. Şuşada axşamlar yanar ulduzlar, Onlardan gözəldi gəlinlər, qızlar, Oturub yol üstə yarını gözlər. Ay qız, bu nə qaş göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da balam, barı gül. Şuşanın hər yandan gəlir sorağı, Tərifə layiqdir İsa bulağı, Dağları, bağları, qızlar oylağı. Ay qız, bu nə qaş göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da balam, barı gül. Şuşanın dağları başı dumanlı — xanəndə Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısı, əsərdə şəhər gözəl qızla müqayisə edilir. Tar və kamançanın müşayiəti ilə muğam üslubunda ifa olunur.Mahnını XX əsrdə yaşamış azərbaycanlı xanəndə Xan Şuşinski yazıb. Mahnı qrammofon valına yazılarkən bildirilmişdi ki, mahnıda "duman" və "ölürəm" kimi çoxlu kədərli sözlər var, xanəndə cavabında Şuşanın dumanlı dağ zirvələrindən birinə işarə edərək, söylədi ki, dağların zirvələri elə dumanlı olmalıdır, "ölürəm" kəlməsi isə həqiqi ölmək mənasında deyilmir.Buna baxmayaraq, Şuşinskidən mahnı sözlərinin dəyişdirilməsini tələb edərək söylədilər ki, sovet Şuşa dağlarının başı "dumanlı" ola bilməz, Xanəndə ilk sətiri "Şuşanın dağları deyil dumanlı"ya dəyişdirərək mahnını yazdı.Lakin mahnı indiki günümüzdə də öz ilkin variantında ifa olunur.Sonradan bu mahnı şifahi ənənələrdə geniş yayılaraq, xalq mahnısına çevrildi. O, həmçinin "Azərbaycan xalq mahnıları" (1967) toplusunda yer almışdır.Mahnı muğam ifaçıların triosunun ifasında "Dərviş Parisi partladır" (1976) Azərbaycan sovet filminin epizodlarının birində səslənir, filmin süjeti elə Qarabağda baş verir.Müəllif Xan Şuşinskinin sözlərinə əsasən, mahnıda Şuşa şəhərinin təbiəti gözəl qızla müqayisə edilir. Şuşa dağlarının başı dumanla örtüldüyü kimi, qadın da yaylıqla örtülüb. Dağların orta hissəsi lalə çiçəkləri ilə bol olması qızın qırmızı köynəkli olmasına işarə edir, dağın alt hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə edilməsidir. Müəllifin dediyi kimi, əgər bu sözlər dəyişdirilərsə, mahnının mənası da itər. Karaoke - mahnının əslindən sözlərin çıxarılaraq onu oxuyacaq şəxsin önündə monitora vəya kağıza yazılması və həmin şəxsin mikrofonla bu mahnı sözlərini oxuyaraq ifa etməsinə verilən addır.karaoke – mahnıların kompüterdə musiqili müşayiəti (akkompanementi). "Karaoke CD" termininə də rast gəlinir. Mahnı sözləri adətən Müğənniyə yol göstərmək məqsədiylə monitorda hərflər və rənglərlə musiqili video ilə göstərilir. Karaoke maşınını 1971-ci ildə Inoue Daisuke ixtira etmişdir. Karaoke (カラオケ?, Japonca birleşik ad: kara 空 "boş, yok", ve ōkesutora オーケストラ "orkestra", orkestranın yokluğu, solistsiz orkestra) Japon kökenli bir eğlence anlayışıdır. Türk Dil Kurumu
Похожие видео
Показать еще