BU MƏHSULLARI SOYUDUCUDA SAXLAMAQ OLMAZ HD
Müəyyən məhsullar var ki, nə olarsa olsun qətiyyən soyuducuda saxlanılmamalıdır, çünki bu məhsullar soyuq hərarətdə qida dəyərini itirir. Soyuducuda saxlanılmaması məsləhət olunan 15 qida növünü təqdim edirik 1. Pomidor - Pomidor çox incə tərəvəzdir, onu soyuducuda saxlayanda divarındakı membran dağılır ki, bu da onun təbii dadının dəyişməsinə səbəb olur. Bərk pomidor alasınız mətbəxdə, otaq temperaturunda 3-4 gün saxlaya bilərsiniz. 2. Xiyar - Xiyar adətən soyuducuda saxlanılır. Lakin bu yanlışdır. Çünki soyuducu xiyarın dadını və təzəliyini itirir. İşıqdan uzaq və quru yerdə saxlanılması önəmlidir. 3. Kartof - Kartofda aktilamid var ki, soyuq havada toksiki zərərli maddəyə çevrilir. Əgər görsəniz ki, kartof yaşıl rəngə çalır, deməli o xəstələnib. Yemək olmaz. Bu səbəblə günəş işığından uzaq quru bir yerdə saxlanılmalıdır. 4. Soğan - Soğan soyuducunun bütün nəmini özünə hopdurur. Buna görə, soyuducuda saxlanılan soğanın qabıqları nəmlənib dadını dəyişir. Soğanı da quru və qaranlıq yerdə saxlamaq lazımdır. 5. Qarpız - Qarpızı kəsməmiş soyuducuda saxlmaq olmaz. Ona görə ki, otaq temperatorunda qarpız antioksidantlarını qoruyub saxlayır. Qarpızı kəsdikdən sonra soyuducuya qoymaq olar, lakin bu zamanda üzərini örtmək lazımdır. 6. Ərik, şaftalı, gavalı - Bu meyvələr yetişənə qədər otaq temperaturunda saxlanmalıdır. Beləcə, qida dəyərlərini qorumuş olarlar. Yetişməmiş meyvələrin soyuducuya qoyulması yetişmə müddətini uzadacaq. 7. Banan - Banan soyuducuda saxlanarsa tez qaralacaqdır. Eqzotik meyvə olan banan isti və həsir səbətdə saxlanması daha uyğundur. 8 - Çiyələk də soyuducuda saxlanarsa şəkəri kristallaşaraq dadını itirəcəkdir. Həmçinin çiyələkli şirniyyatları soyuducuda saxlamayın! 9. Kahı - Kahı soyuducuda daha sürətli şəkildə solar. Eyni zamanda, digər qoxuları özünə çəkər. Ən yaxşı saxlama forması bir stəkan suyun içində otaq istiliyində saxlamaqdır. 10. Çörək - Çörək soyuducuda qoyulduqda içərisindəki karbohidrat molekulları quruyur və kristallaşır, su molekulları ayrılmağa başlayır. Bu da çörəyin köhnəlməsinə səbəb olur. 11. Duru Yağ Zeytun yağı soyuducuda acılaşır və yaxşı olar ki, sərin və qaranlıq yerdə saxlanılsın. 12. Bal - Balın soyuducuda saxlanılması onu xarraşmasına səbəb olur. Bal ağzı bağlı olan bir qutuda həmişə təzə qalır, bu səbəbdən onu soyuducuda saxlamaq lazım deyil. 13. Qəhvə - Qəhvə süngər kimi soyuducuda olan bütün pis qoxunu üzərinə çəkər. Bu halda isə dadı və ətri itər. Üyüdülmüş qəhvə və qəhvə dənələri hava keçirməyən şüşə qabda, sərin, quru, işıq düşməyən yerlərdə saxlanmalıdır. 14. Şokolad - Şokolad soyuducuda saxlansa, içərisindəki yağ donaraq şokoladın üzərini örtər, xarici görünüşü və dadı itər. Şokoladın ideal saxlanma temperaturu 20° C, yəni otaq istiliyidir. Sərin və rütubətsiz mühitlərdə saxlanmalıdır. 15. Ketçuplar da çox zaman soyuducuda saxlanılır. Lakin marketlərdə diqqət etmisinizsə ketçuplar rəflərdə saxlanılır. Soyuducuda saxlanılan ketçupun dadı dəyişilir.