28 milyard manat xərcləndi - Yol problemi niyə bitmir? - Gündəlik Xəbərlər (05.06.2018) HD

05.06.2018
İddia olunur ki, Azərbaycan yolların keyfiyyətinə görə dünyada ön sıralardadır. Amma şahidlər və ekspertlər fərqli fikir söyləyirlər. İndiyə qədər yollara 28 milyard manat xərclənib. Bəs bu problemi niyə həll oluna bilmir? Niyə hələ də kəndlərdə qaloş əsas geyimlərdəndir? Bugünkü CANLI xəbərlərdə mövzumuz yolların vəziyyətidir - Azərbaycan İlqar Məmmədovu yenə buraxmadı. Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovu azad etməklə bağlı verdiyi son tarix bu gün bitdi - Rüstəm İbrahimbəyov tənqidlərə cavab verir. Onun "Qafqaz üçlüyü" filmi çəkilməsindən 3 il keçməsinə baxmayaraq, yenicə tənqidlərə tuş gəlib - Gündəlik Xəbərlərə baxırsınız: 0:56 - Emin Aslan 30 sutka həbs cəzası aldı 1:38 - Azərbaycanda yol problemi niyə indiyə qədər qalır? 4:16 - Azərbaycan İlqar Məmmədovu həbsdən buraxmadı 7:21 - Tbilisi 2-ci gündür, metrosuz qalıb 7:50 - Rüstəm İbrahimbəyov filmi ilə bağlı tənqidlərə cavab verdi 10:40 - Yolların keyfiyyəti Bakı sakinlərini nə qədər qane edir? Orijinalı burada - https://2468642.info/b/https://www.azadliq.org/a/yol-problemi-rustem-ibrahimbeyov-ilqar-memmedov-xeberler/29273769.html

Похожие видео