Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirildi - ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR HD
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə təxminən saat 00:00 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsi 12 ünvanında qeydə alınıb. Fevralın 5-də səhər saatlarında 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin istintaq zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər həmin ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsindən içəri daxil olaraq evdə tək yaşayan, 52 yaşlı Durna Dadaşovanın əl-qolunu bağlayıb, boyun nahiyəsindən yapışqanla sıxaraq boğmaqla qətlə yetiriblər. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaq tərəfindən qətli törədən şəxs və şəxslərin qarət məqsədi ilə evə quldur basqını etməsi versiyası və digər halların olmasını araşdırırlar. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha #apatv #apaxeber #apacanli
Похожие видео
Показать еще