Əri onun ən yaxın rəfiqəsi ilə yatdı, ailəsi dağıldı, küçələrdə yatdı– Aktrisamızın dəhşətli həyatı HD

13.04.2022
Şeksprin təbirincə davam etsək, yəni dünya bir teatr, biz də aktyorlarıqsa, ən dramatik rollardan biri məhz onun üzərinə düşüb. Yaratdıqları obrazlar arasında eləsi yoxdur ki, yaşadıqlarını aşsın... Biri var, ən yaxın rəfiqəsi tərəfindən ailəsi dağıdılan, kimsəsizlikdən bulvarda gecələyən, ömrü yoxluq içində keçən aktrisa Sona Babayeva... Sona Babayeva 8 noyabr, 1941-ci ildə Bakıda doğulub. Erkən yaşda valideynlərini itirdiyindən yaxınları tərəfindən uşaq evinə yerləşdirilib. Uşaq evində olan zaman uşaq evinin müdiri Bahar adlı müəllim onun qayğısını çox çəkib. Sona xanımın çox gözəl səsi olduğundan tez-tez rus dilində olan, yetimlikdən, anasızlıqdan bəhs edən bir mahnını zümzümə edirmiş. Uşaqlar da onun bu ifasını diqqətlə dinləyib, sonda onu alqışlayarmışlar. Günlərin birində isə Sona mahnını bitirəndən sonra görür ki, onu heç kim alqışlamır. Bu zaman o, qapının yanında dayanıb onlara baxan Bahar müəllimi görür. Müəllim ona yaxınlaşıb deyir: "Soniçka, qızım, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam". Uşaq evində yaxşı oxumayan uşaqları sənət məktəblərinə, fabriklərə göndərirdilər. Yaxşı oxuyanları isə saxlayırdılar ki, 10-cu sinifi də bitirsin. 10-cu sinifdə Sona bütün uşaq evi üzrə pioner baş dəstə rəhbəri seçilir. O, həm oxuyur, həm də işləyir, o vaxtın pulu ilə 450 manat maaş alır, həmin maaşla fabrikə göndərilən iki rəfiqəsinə də əl tutur. Ancaq sonradan öyrənir ki, rəfiqələri fabrikdə işləyib yaxşı pul alırmışlar. 10-cu sinfi bitirəndən sonra sənədlərini İncəsənət İnstitutuna verir. 1960-cı ildə İnstitutun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olur. Artıq müstəqil həyata qədəm qoyan Sona uşaq evindən ayrılmalı olur. Uşaq evindən xaric olunan Sona kimsəsiz, evsiz-eşiksiz, küçələrdə qalır. Bir həftə bulvarda yatır. Dərsləri 2-ci növbə başlayan aktrisa dərsdən çıxandan sonra kafeyə gedir, sup yeyir, axşam yenidən bulvara gəlir. İnsanlar seyrəkləşən kimi kolların arasına girib yatır. Günləri yola verə-verə yaşayan aktrisanı günaşırı milislər tutub aparır, sorğu-sual edəndən sonra isə yenidən buraxırdılar. Aktrisa həmin günləri xatırlayarkən deyir: “Soyuqlar başlamışdı, daha küçələrdə qala bilmirdim. Soyuq idi, dözmürdüm. Universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt da bizim kursda Şahmar Ələkbərov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Səfurə İbrahimova, Həsən Əbluc, Nurəngiz Nur və bir çox tanınmışlar oxuyurdu. Şahmar dedi ki, gedək bizdə qal. Gedib bir həftə Şahmargildə qaldım. Bir ay Həsən Əbluc, bir ay da bizdə bir oğlan oxuyurdu, onlarda qaldım. Gördüm ki, mümkün deyil, gəlib Rauf müəllimə dedim ki, mənim qalmağa yerim yoxdur, istəyirəm universitetdən çıxım. Ağaxanı çağırıb, ona birotaqlı ev tapmağını tapşırdı. Ağaxan mənim üçün cuhud bir qadının evində sığınacaq tapdı. Mən də o vaxt 22 manat stipendiya alırdım. Məcbur olub 15 manat kirayə pulu verirdim, 7 manatla isə dolanırdım". 13 sentyabr, 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan aktrisa sevdiyi oğlanla ailə həyatı qur

Похожие видео

Показать еще