Səmanı fəth edən şəhid | Baku TV | #bakutvofficial HD

03.12.2021
Səmanı fəth edən şəhid - Baku TV Mayor Həsənov Elmir Mircəlil oğlu Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanlardan biridir. Baku TV-nin çəkiliş qrupu Cəlilabadın Göytəpə şəhərində şəhid mayorun ata ocağında olub, ailəsi, yaxınları ilə həmsöhbət olub. Şəhidin atası Mircəlil Həsənov deyir ki, onun hər üç oğlu hərbçidir. Qardaşları da Elmir Həsənov kimi xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər. Elmir Həsənovun xalası oğlu Qoşqar Məmmədov onun çox çalışqan və prinsipal insan olduğunu, eyni zamanda uşaqlıqdan məhz pilot olmaq arzusu ilə böyüdüyünü deyir. Eskadriya komandiri olan şəhid mayor Elmir Həsənov 1988-ci il dekabrın 15-də Cəlilabadın Göytəpə şəhərində anadan olub. Aviasiya üzrə ali təhsil alan Elmir Həsənov 2015-ci ildən ömrünün son saniyəsinə qədər bu sahədə vətəninə xidmət edib. 44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşən Elmir Həsənov müharibədə iştirakına görə 2, ümumilikdə isə xidməti dövründə 7 medalla təltif olunub. _ Pulsuz Elanlar:https://www.tut.az Website: https://www.baku.tv Bizi izləyin: https://bit.ly/2Y75DEU ************ Bizi Sosial Şəbəkələrdə izləyin Twitter: https://www.twitter.com/bakutvofficial Facebook: https://www.facebook.com/www.baku.tv Instagram: https://www.instagram.com/bakutvofficial Tiktok: https://vm.tiktok.com/bakutvofficial ************ Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ************ 2018/2021 © All Rights Reserved ℗ Baku TV #BakuTv #Azerbaycan #trend

Похожие видео

Показать еще