Əməliyyat-taktiki baxımından tam iflasa uğrayan təxribat - Baku TV HD

17.11.2021
Əməliyyat-taktiki baxımından tam iflasa uğrayan təxribat - Baku TV Azərbaycan xalqının məşhur bir məsəli var: ordum varsa, yurdum var... Biz bu deyimin nə qədər real olduğunu zaman-zaman görüb və hiss etdirmişik. 44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcəklər. Lakin unudurdular ki, artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. 44 günlük Vətən müharibəsindən bir nəticə çıxarmayan erməni tərəfinə dəfələrlə xəbərdarlıq edildi. Bu xəbərdarlıqların ardınca yenə də təxribatlar davam etdi. Belə ki, noyabrın 13-də Şuşa yaxınlığında qumbara ilə terror aktı, ardınca 16 noyabr 2021-ci il tarixində isə dövlət sərhədinin Kəlbəcər və Laçın hissəsində Ermənistan ordusunun ölkəmizə qarşı genişmiqyaslı təxribatının qarşısı da qətiyyətlə alındı. Erməni avantürası növbəti dəfə iflasa uğradı, Azərbaycan Ordusu revanşist qüvvələrin cavabını verdi və bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizliyini təmin edən ölkədir. Azərbaycan operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə real vəziyyəti çatdırmağı da bacardı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəngi, sərhəddəki mövcud vəziyyətə ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin bəyanatlarındakı narahatlıq və sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın ifadə olunması kimi məsələlər bu operativlikdən xəbər verdi. Bu gün Azərbaycan tərəfi kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir. _ Pulsuz Elanlar:https://www.tut.az Website: https://www.baku.tv Bizi izləyin: https://bit.ly/2Y75DEU **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: https://www.facebook.com/www.baku.tv Instagram: https://www.instagram.com/__baku_tv__ Tiktok: https://vm.tiktok.com/ZSedJCFK8 **** Kanalımızın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və Rus dillərində geniş auditoriyaya çatdırmaqdır **** 2018/2021 © All Rights Reserved ℗ Baku TV #BakuTv #Azerbaycan #trend

Похожие видео

Показать еще