BP: “STRUKTURUN NEFT EHTİYATLARI BAXIMINDAN BÖYÜK PERSPEKTİVİ VAR”

14.05.2018
Bp-nin neft-qaz yataqlarının işlənməsi sahəsində beynəlxalq təcrübəsi, eləcə də Azərbaycanda son 25 ildə Azəri-Çıraq-Günəşli və Şahdəniz kimi nəhəng yataqlarda qazandığı təcrübə D230 blokunda da müsbət nəticələr əldə etməyə imkan verir. Bp-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli belə deyib. Onun sözlərinə görə yüksək ixtisaslı peşəkar kadrlar və müasir texnologiyalar bunun üçün daha münbit şərait yaradır. D230 strukturunun sahəsi kifayət qədər böyük - 3200 kvadrat kilometrdir. D230 bloku neft ehtiyatları baxımından perspektivli sayılır. BP rəsmisi bildirir ki, hələlik yatağın ehtiyatları ilə bağlı proqnoz vermək üçün erkəndir. Bunun üçün əvvəlcə seysmik tədqiqarlar və geoloji-kəşfiyyat işləri aparılmalıdır. Hələ ki, D230 adlandırılan blokun işlənməsini SOCAR və BP Londonda imzalanmış hasilatın pay bölgüsü sazişi çərçivəsində birgə həyata keçirəcək.Saziş Azərbaycan prezidentinin Londona səfəri zamanı baş tutub. Razılaşmada hər iki tərəf 50% paya malikdir.

Похожие видео

Показать еще