Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik
Bir müddət əvvəl Azərbaycan Milli qəhrəmanı Allahverdi Bağırovun bərpa edilən qəbirdaşı ermənilər tərəfindən dağıdılıb. Axar.az xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi Feysbuk səhifəsində yazıb. O bildirib ki, Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və ictimaiyyətə bu barədə məlumat verib. Daha sonra Xankəndindən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıblar və param-parça ediblər. Tanrıverdi ermənilərin daha sonra qəbri bərpa etdirən Razmikin axtarışlarına çıxdığını qeyd edib: “Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, Düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...) Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik. Dostlar, qəbir daşının üzərinə yazılmışdı: (Kiril hərfi ilə) АЛАВЕРДИ ТЕЙМУР ОГЛЫ БАГИРОВ 1946 - 1992 произв. гожа Гартал он был настоящим другом от Размика Петросяна и ДРУЗЕЙ”
Похожие видео
Показать еще