Turizm və Menecment Universiteti məzunları yola saldı HD

02.07.2016
Azərbaycan Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib. Ali təhsil ocağında baş tutan mərasim 7 –ci buraxılışdır. Rektor əvəzi Eldar Aslanov, tələbələri təbrik edib onlara gələcək həyatlarında uğurlar arzuladı. Azərbaycan Turizm və Menecement Universitetində 336 nəfər məzun olub. Onlardan 32 –Si magistr, 304 –ü isə bakalavr pilləsini bitirib. Tələbələr CBC-yə məzun günü ilə bağlı fikirlərini bölüşüblər. MƏZUN GÜNEL BABAXANOVA: "Çox sevinirəm, həqiqətəndə turizm universitetini oxumaq çox çətindir hazırda həmdə maqistr olduğum üçün çox sevinirəm. Təcürbə qazandın, yaxşı dostlar qazandım, biliyimi savadımı artırdım" MƏZUN İLKİN NƏSİBOV: "İnsitut mənə yaxşı dostlar verdi, Azərbaycanda turizmi necə inkişaf etdirmək olar bunların yolları öyrəndik araşdırdıq tapdıq, yaxşı təhsil qazandəğımda, yaxşı praktika keçdik İsraildə" MƏZUN GÜNEL AĞABABAYEVA: "Çox qürür hissi duyuram bu universitetin məzunuyam turizm universiteti biziz bir çox lahiyələrə bizi göndərdi Azərbaycanıçmızı bir çox ölkələrdə təqdim etdim" MƏZUN NURAY ƏHMƏDOVA: "Çox xoşbəxtəm məzun olduğum üçün çoxlu biliklərə əldə etdim". ATMU-nunu tələbələri 8-20 həftəlik istehsalat təcrübəsini təkcə Azərbaycanda deyil, Türkiyə, İsrail, İspaniya və Rusiyanın turizm müəssəllərində keçiblər. Universitetin bu ilki məzunlarından 27-si eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteinin diplomunu əldə edib. Ümumilikdə universitetin 151 məzunu 2 diplomludur.

Похожие видео