Tural Əhməd - Payız çiçəyi ( İlqar Fəhmi ) HD
Mən ömrün yazında, sən payızında, Ümidim kəsmisən, payız çiçəyi. Sən gərək beş-on il gec doğulaydın Yaman tələsmisən, payız çiçəyi. De, kimin qəlbini isidir sevgin Kimin ocağına köz gətirirsən, Mən hələ səhərlər dərsə qaçıram, Sən artıq məktəbə qız gətirirsən. Sən də bu qapıdan keçmisən bəlkə, Elə bu sinifdə dərs oxumusan. Bəlkə bu lövhənin qarşısındaca Hörük bağlamısan, saç toxumusan. Görəsən sevgimin gücü çatarmı, Zamanın gərdişin geri çöndərim, Yazdığım məhəbbət məktublarını On beş il əvvəlki sənə göndərim. Bəlkə də heç zaman bilməyəcəksən, Bu şeir qəlbimin vida nəğməsi, Yəqin ki, lal olub susacaq daha Tələsən eşqimin gecikən səsi. Söz: İlqar Fəhmi Səs: Tural Əhməd Hazırladı: Heydər Hacıyev ✉ Mənimlə Əlaqə İnstagram https://www.instagram.com/turalahmadd/ Facebook https://www.facebook.com/TuralAhmadd Videonun Bütün Hüquqları Tural Əhməd Tərəfindən Qorunur Tural Əhməd © 2018