Tural Əhməd - İsti yağışlar yağır ( Nüsrət Kəsəmənli )

14.12.2019
Əllərini yelləyib, "Əlvida" deyib getdin, İndi yorğun gözlərin Niyə yollara baxır? Hönkürüb ağlamağı Göylərə sən öyrətdin, -Görürsənmi, hələ də -İsti yağışlar yağır. Dərmədiyin çiçəklər Gözlərindən şeh aldı, Lalələnmiş yamacdan Sözlü bulaqlar axır. O mavi səmamızdan Sənə bir bulud qaldı, -O buluddan hələ də -İsti yağışlar yağır. Göylər susub... boşalma Sən göylərin yerinə, Kədərli gözlərində Hələ də şimşək çaxır. Solğun gül qönçəsitək Açılmış əllərinə Görürsənmi, hələ də İsti yağışlar yağır. Yenə payız saralır, Sən niyə kövrəlirsən? Gündə bir "Vağzalı"yla Hər bəxtə bir gün doğur. Xeyir-dua verirsən, Yalandan da gülürsən, Bəs niyə gözlərindən İsti yağışlar yağır?.. Külək əsir, budaqlar Əriyir yarpaq-yarpaq, Dağlara duman çökür, Sürünür ağır-ağır. Nə bu göylər toxtayır, Nə doyur qara torpaq; Görürsənmi, hələ də isti yağışlar yağır. Yarpaqlar sarı yaylıq, Ağlama, sil gözünü, Uçurdun səadəti, Boylanma fağır-fağır. İndi nəmli balışa Söykəyibsən üzünü, -Görürsənmi, hələ də -İsti yağışlar yağır... Söz: Nüsrət Kəsəmənli Səs: Tural Əhməd Hazırladı: Heydər Hacıyev ✉ Mənimlə Əlaqə İnstagram https://www.instagram.com/turalahmadd/ Facebook https://www.facebook.com/TuralAhmadd Videonun Bütün Hüquqları Tural Əhməd Tərəfindən Qorunur Tural Əhməd © 2019

Похожие видео

Показать еще