Böyüklər boğulur, uşaqlar xəstəlik tapır – Sahildə nə baş verir? - APA TV HD
#APATV #Sahilqəsəbəsi #Azərsu #Qaradağ #ekologiya #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Böyüklər boğulur, uşaqlar xəstəlik tapır – Sahildə nə baş verir? Adətən zövq almaq üçün üz tuturuq sahilə. Yay, yaz, payız, qış fərq etməz. Hər sezonu başqa olur sahilin. Dəniz təravətli, xoş mənzərəli və s. Normativlərə görə başqa cür ola da bilməz əslində. Ən azı, dünya praktikasında belə görmüşük. Azərbaycan standartlarında isə vəziyyət bir qədər fərqlidir. Məsələn, Qaradağ rayonu, Sahil qəsəbəsinin sakinləri gün üzünə çıxa bilir, gəzə də bilir, yatıb durmaqları da alınan işdir, ancaq ki, boğulurlar. Özü də istidən yox, üfunətdən. İş orasındadır ki, nə az, nə çox, düz bir həftədir, bütün qəsəbə bu gündədir. Nə qapı açmaq olur, nə pəncərə. Əlli dərəcə istidə Allahdan bir nəfəslik külək də istəyə bilmirsən ki, işdir də, birdən dəniz tərəfdən ölü heyvan qoxusu gələr, olan-qalan nəfəsimiz belə kəsilər. Bəs camaat niyə bu zülmü çəkir? Dörd bir yanı dənizlə əhatələnən qəsəbə sən demə, təmizləmə funksiyasını itirmiş kanalizasiya qurğularının qurbanına çevrilib. Düzdür, heç əvvəllər də Sahil çimərliyində üzməyə icazə verilmirdi. Zərərli maddələrin normadan artıqlığından dolayı yaxın durmaq olmurdu dənizə. Hamı uzaqdan sevirdi Xəzəri. Ancaq görünür həmin sevgi artıq platonik nifrətə çevrilib... Lakin çimərliyə üz tutmaqla düz iş görmədiyimizi anladıq. Sahildəki təkəm-seyrəklikdən görünürdü ki, üzü Sahil qəsəbəsi tərəflərə hələ yay gəlməyib. Əvəzində yaxşı çürümüş balıqlarla rastlaşdıq. Bəs nə etməli? Kimdir günahkar? Sakinlərin bələdçiliyi əsasında əvvəlcə “Azərsu ASC” ilə əlaqə yaratdıq. Ki, görək qəsəbə sakinləri hələ nə qədər boğulacaq bu iydən? Xoşbəxtlikdən qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıdan aldığımız cavab müsbət yöndə oldu... Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxla dıq. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, dənizin həmin sahillərindən su nümunəsi götürüb araşdıracaqlar. İnşallah. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv