Bakıda körpə 7-ci mərtəbədən yıxıldı, hamilə anası özünü ardınca atdı HD

20.06.2022
#APATV #ana #körpə #azyaşlı #hadisə #hamilə #bina #Nizamirayonu #QaraQarayev #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Bakıda körpə 7-ci mərtəbədən yıxıldı, hamilə anası da özünü atdı Bakıda azyaşlı 7-ci mərtəbədən yıxılıb. APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev 116 ünvanında yerləşən binada qeydə alınıb. Belə ki, 2 yaşlı Tamerlan ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsində 6-cı mərtəbəyə yıxılıb. Bu zaman 27 yaşlı Rövşanə Umalatova da özünü oğlunun dalınca atıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir. Anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Похожие видео

Показать еще