Bakı Mühəndislik Universitetində “Mathemartic” sərgisi keçirilib_ETV Xəbər HD
Bakı Mühəndislik Universitetində “Pİ” klubunun tələbələr və şagirdlər üçün təşkil etdiyi “Mathemartic” sərgisi keçirilib. Sərgidə Abşeron rayonunda yerləşən 5 Saylı orta məktəb, 9 Saylı Orta məktəb və Zirvə Liseyi aktiv iştirak edib. Tələbələr və şagirdlərin iştirakı ilə hazırlanan müxtəlif riyazi- məntiqi oyunlar, fokuslar, riyazi düstur və teoremlərin əyani və rəngarəng isbat yolları, topoloji düyünlər və s. layihə halında sərgiyə gələn ziyarətçilərə nümayiş edildi. “Mathemartic” sərgisinin əsas məqsədi müasir təhsil sistemində kurikuluma uyğun olaraq riyaziyyatı əyani şəklidə təqdim etmək, mürəkkəb görünən riyaziyyatın əslində nə qədər sadə, nizamlı olduğunu göstərmək, riyaziyyata olan marağı artırmaq, riyaziyyatın çətin və darıxdırıcı deyil, kifayət qədər maraqlı, rəngarəng və düşündürücü elm olduğunu əyani olaraq nümayiş etdirməkdir. Sonda onu da qeyd edək ki, Bakı Mühəndislik Universitetində təşkil olunan “Mathemartic” sərgisi müxtəlif orta məktəblərdə də təşkil olunacaqdır. Elmira Həmizdazə, Bənövşə Əliyeva, İmran İmrani, ETV Xəbər
Похожие видео

04.08.2021
01:04
Lənkəranda növbəti “patı” əməliyyatı - BİRİ QADIN OLMAQLA 6 NƏFƏR TUTULDU
youtube
22.10.2017
53:55
Tural Sadıqlı : Şərlənərək həbs edilən vicdan məhbuslarını azad edin!
одноклассники
Показать еще