Laçın şəhəri, Zabux və Sus kəndlərində hərbi polisin xidməti fəaliyyəti təşkil edilib HD
Laçın şəhəri, Zabux və Sus kəndlərində hərbi polisin xidməti fəaliyyəti təşkil edilib Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib. Qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir. Yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur, buraxılış rejimi, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarət edilir. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir. Bundan əlavə hərbi polisin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir. https://mod.gov.az/az/news/lacin-seheri-zabux-ve-sus-kendlerinde-herbi-polisin-xidmeti-fealiyyeti-teskil-edilib-video-41692.html _ Организована служебная деятельность военной полиции в городе Лачин, сёлах Забух и Сус В городе Лачин, сёлах Забух и Сус организована служебная деятельность подразделений военной полиции Азербайджанской Армии. Военная полиция осуществляет деятельность по обеспечению безопасности на указанных территориях. Наряды военной полиции несут круглосуточную службу на стационарных и подвижных постах в населенных пунктах, осуществляют пропускной режим и контроль за соблюдением военнослужащими распорядка дня в ходе несения службы и боевого дежурства. На контрольно-пропускных пунктах осуществляется патрулирование, охрана объектов, ведется учёт въезжающей на территорию техники, осуществляется деятельность по направлению движения военных транспортных средств и сопровождению колонн в целях их безопасности. Кроме того, проводятся мероприятия по поиску мин и организации караульной службы на территории с привлечением породистых собак, специально обученных в функционирующем при военной полиции кинологическом центре. https://mod.gov.az/ru/news/organizovana-sluzhebnaya-deyatelnost-voennoj-policii-v-gorode-lachin-syolah-zabuh-i-sus-video-41693.html _ The service activities of the military police are organized in Lachin city, Zabukh and Sus villages The service activities of the Azerbaijan Army military police units have been organized in Lachin city, Zabukh and Sus villages. Security measures are carried out in these territories by the military police. Day-and-night service is organized at stationary and mobile checkpoints recently established in the settlements, as well as pass control and control over the implementation of the daily routine by servicemen during service and combat duty are carried out. At checkpoints, patrolling service is carried out, the protection of facilities is organized, a record of vehicles enter