Bakıda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ HD

16.01.2021
Bizi soial şəbəkələrdə izləyin Facebook: https://www.facebook.com/Mediator.xeber/ İnstagram: https://www.instagram.com/mediator_az/ Telegram: https://t.me/mediator_az ------ Bakıda qar yağacaq, yollar buz bağlayacaq. Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Похожие видео

Показать еще