İsti havalar nə vaxtadək davam edəcək? - TARİX AÇIQLANDI HD
Ölkə ərazisində müşahidə olunan anomal istilər sabahdan səngiyəcək. APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə qarşıdakı günlərdə havalar qismən sərinləşəcək: “Ölkə ərazisində müşahidə olunan isti hava şəraiti avqustun 14-ə kimi davam edəcək. Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 37-40 dərəcə, Respublikanın rayonlarında 35-40 dərəcə isti, Naxçıvan Muxtar Respublikasının və Aran rayonlarının bəzi yerlərində temperaturun 42 dərəcəyədək yüksələcəyi gözlənilir”. Baş hidroloq qeyd edib ki, son günlər müşahidə olunan isti hava şəraiti birbaşa qlobal istiləşmə ilə əlaqəlidir: “Biz bu gün dünyada bunun fəsadlarını görürük. Müxtəlif ərazilərdə bu özünü fərqli formalarda göstərir. Bəzi ərazilərdə anomal istilər nəticəsində maksimal istilər qeydə alınır, meşə yanğınları müşahidə olunur. Azərbaycan ərazində də son illərdə 35 dərəcədən yuxarı olan günlərin sayında artım tendensiyası müşahidə olunur. Yəni qlobal iqlim dəyişmələri birbaşa öz təsirini göstərir ki, bunun nəticəsində maksimal temperaturlar, anomal istilər müşahidə olunur”. İsti hava şəraitində ürəyi zəif olan, meteo-həssas insanların zərurət olmadıqda çölə çıxmasının o qədər vacib olmadığını deyən həkim-kardioloq Oqtay Musayev bildirib ki, günvurma halları əsasən uşaqlar və yaşı 65-dən yuxarı olan insanlar arasında qeydə alınır: “İstivurma və günvurma kimi hallar yaranır ki, bunun da səbəblərindən biri dar və günəş şüalarını əks etdirməyən paltarların geyinilməsi, xüsusən də baş geyimlərindən istifadə olunmaması və uzun müddət günəş şüasının altında qalmaq başgicəllənmə, baş hərlənmə, ümumi halsızlıq, yorğunluq, təngənəfəslik, bədən hərarətinin yüksəlməsi və daha da artdıqda huşun getməsi və bayılmalara qədər gətirib çıxara bilir”. Bəs günvurma hallarının qarşısını almaq üçün nə etməli? Həkim bu barədə də məlumat verib: “Birinci rahat geyimlər geyinmək, açıq rəngdə olan bədən hərarətini ötürən, havalandırmanı təmin edən paltarlardan istifadə etmək, ikincisi mütləq baş geyimlərindən istifadə etmək lazımdır. Günün isti vaxtlarını, yəni 11-dən 16:00-dək bacardığımız qədər qapalı məkanlarda, hava oynayan yerlərdə keçirmək lazımdır”. Qeyd edək ki, bir neçə gün əvvəl BMT iqlim dəyişikliyinin ağır nəticələri ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib k,i 2011-2020-ci illərdə qlobal səth istiliyi 1850-1900-cü illərlə müqayisədə 1.09 C dərəcə yüksək olub. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler e