4 iyul hava proqnozu. dörd iyul hava proqnozu. 4 iyul hava haqqinda. 4 iyul hava haqqında. dörd iyu HD
Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.