QAZ SAYĞACLARININ SEÇİMİ ABONENTİN İXTİYARINA VERİLİR HD

02.02.2021
Bu aydan etibarən qaz sayğaclarının əvəzlənməsi zamanı seçim abonentlərin ixtiyarına veriləcək. Beləki abonent, əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər. Sayğacın dəyişdirilməsi prosesi tam ödənişsizdir. Birliyin əməkdaşları Gəncə və Ağsu şəhərlərində artıq Almaniya istehsalı yeni “Zenner” sayğaclarının quraşdırılması işlərinə başlayıb. Bundan başqa bir müddət əvvəl istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını bildirən bir qrup abonent üçün də yeni sayğaclar quraşdırılıb. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar. Lakin buna baxmayaraq daha sadə mexanizmli sayğaclara üstünlük verənlər də var. Xatırladaq ki, qaydalara əsasən əhali üçün istismar olunan məişət qaz ölçü qurğuları 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün isə 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür və yerinə yenisi quraşdırılır. Əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı yeni sayğacların artıq 30 mini ölkəyə gətirilib. Daha 30 min isə sifariş olunub və bu yaxınlarda təhvil alınacaq.

Похожие видео

Показать еще