Qaz limitinin ləğvi ilə bağlı rəsmi açıqlama HD
ABUNƏ OL: ►https://www.youtube.com/ReaksiyaTV "Azəriqaz"dan qazın limiti ilə bağlı açıqlama Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, “Azəriqaz” bu qərarı icra edəcək. ReaksiyaTV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib. O, Azəriqaz İB-nin icraedici orqan olduğunu bildirib “Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpik tarifi ilə hesablanır. Qazın limitinin ləğv edilməsi ilə bağlı qərarı da TŞ verə bilər. Azəriqaz İB icraedici orqandır. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, AİB tərəfindən icrası həyata keçiriləcək”. Qeyd edək ki Millət vəkili Fazil Mustafa Milli Məclisin dünən keçirilən iclasında qaza qoyulan limit məsələsini gündəmə gətirib. millət vəkili iclasdakı çıxışı ilə bağlı sosial şəbəkədə paylaşım edib və bildirib ki, bu məsələyə əhalinin müxtəlif təbəqələrindən aldığı şikayətlərə əsasən reaksiya verib: “Əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım. Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verər. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Qaz Azərbaycan xalqının sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir”-deyə millət vəkili vurğulayıb. Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının təkliflərini dəstəkləyib. T. Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib. ReaksiyaTV-yə xoş gəldiniz. Videoların daha çox şəxsə çatması üçün videonu bəyənib, kanala abunə olub, bildiriş butonunu açmağı unutmayın. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır! Diqqət! Sizdən hər hansı işlə bağlı ReaksiyaTV adından pul istəyiblərsə, təcili olaraq +994502333314 WhatsApp nömrəmizə yazaraq bildirin və polisə, prokurorluq orqanlarına xəbər verin! ReaksiyaTV olaraq millətimizə təmənnasız xidmət etməkdən qürur duyuruq!!! ©ReaksiyaTV istehsal etdiyi bütün video və audio məhsulları azad yayım hüquqi altında yayır (free copyright and reuse allowed) və hər bir digər yayımçı ReaksiyaTV tərəfindən istehsa