Erməni politoloq dağıdılmış müsəlman qəbiristanlığının görünlərini yaydı. BU BARBARLIQDIR.

05.09.2019
İndiki Ermənistan ərazisindəki 1989-cu ilədək Azərbaycan türklərinin və müsəlman kürdlərin yaşadığı Vedi şəhərinin yaxınlığındakı Orçadzor adlı yerdə dağıdılmış müsəlman qəbiristanlığının görüntüləri yayılıb. Həmin görüntülərdə Narine Kirokosyan adlı erməni politoloq və ictimai fəal digər ictimai fəallarla birlikdə, Ararat bölgəsinə qədim abidələri çəkmək üçün İrəvandan gəliblər. Burada onlar müsəlman qəbiristanlığının barbarcasına dağıdılmasının şahidi olublar. Özünü Mədəni İrsin Qorunması Fondunun (FPWC) əməkdaşı kimi təqdim edən qəbiristanlıq keşikçisi, buranın özəl ərazi olduğunu və kənar adamların girişinin tövsiyə olunmadığını deyib. İctimai fəallardan ibarət qrup dağıdılmış abidəni çəkməyə başlayanda, onları qəbiristanlığın ərazisindən qovmağa başlayıblar.

Похожие видео

Показать еще