Tarixi kadrlar! Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı

22.11.2020
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib. Qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur. İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub. Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə Azan oxunub və Cümə namazı qılınıb. _ Азербайджанская Армия водрузила Азербайджанский флаг в Агдаме Согласно трехстороннему Заявлению, подписанному Президентом Азербайджанской Республики, премьер-министром Республики Армения и Президентом Российской Федерации, подразделения Азербайджанской Армии, вошедшие 20 ноября в Агдамский район, провели ряд мероприятий на территории. Для обеспечения безопасного движения наших войск в этом направлении в ночное время было произведено разминирование местности, завершены инженерно-саперные работы и дороги по маршруту движения подготовлены к эксплуатации. В настоящее время проводятся необходимые мероприятия по дислокации личного состава и бронетехники наших подразделений на территории. Освобожденный от оккупации Агдамский район полностью перешел под контроль Азербайджанской Армии. В центре города Агдама был поднят Государственный флаг Азербайджана, исполнен Государственный Гимн и было доложено Президенту Азербайджанской Республики, Верховному Главнокомандующему Вооруженными Силами господину Ильхаму Алиеву. Нашими военнослужащими была проведена очистка мечети Джума и её территории, в мечети был произнесен Азан и совершен пятничный намаз. _ Azerbaijan Army hoisted the Azerbaijani flag in Aghdam According to the trilateral Statement signed by the President of the Republic of Azerbaijan, the prime minister of the Republic of Armenia, and the President of the Russian Federation, the Azerbaijan Army Units, which entered the Aghdam region on November 20, conducted several activities in the territory. The mine-clearing of the terrain was carried out at nighttime to ensure the safe movement of our units in this direction, engineering work was completed and the roads along the route of the movement were prepared for use. Currently, appropriate measures are being taken to deploy the military personnel and armored vehicles of our units in the territory. The liberated from occupa

Похожие видео

Показать еще